Xəbər lenti
Ukraynada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib -ŞƏKİLLƏR
Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.
Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib.
Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut edib: “Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.
Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyib: “Mən xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək: “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”.
Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar