Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sentyabrda məktəblər açıla bilər - VİDEO

Tarix: 18-07-2020 21:37     Baxış: 4176 A- / A+
Sentyabrda məktəblər açıla bilər - VİDEO


Azərbaycanda sentyabrda ənənəvi formada tədris prosesinin başlanması gözlənir. Ancaq sinif və auditoriyalara, eləcə də təhsil müəssisələrinə daxil olma, həmçinin tədris prosesinin müddəti ilə bağlı ciddi dəyişikliklər edilə bilər.


Manevr.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O deyib ki, bununla bağlı təkliflər paketi hazırlanıb. Onun sözlərinə görə, bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz.

Həmçinin müəllimlərin hər məktəbdə ehtiyat bazasının yaradılması da təklif olunur. Bu, ona kömək edəcək ki, əgər hansısa müəllimin bədən temperaturu qəfil yüksələrsə, onu dərhal əvəz etməyə müəllim tapılsın. Ekspert onu da bildirib ki, siniflərə uyğun olaraq dərs prosesinin müddətinə yenidən baxılması ilə bağlı da təkliflər var.

Bundan başqa, keçirilən fənlər arasında müəyyən ixtisarların aparılması, mahiyyət etibarilə bir-birinə yaxın fənləri birləşdirərək interaktiv dərslərə üstünlük verilməsi də təklif edilir. Ekspert əlavə edib ki, bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənməli, məktəblər mütəmadi olaraq dezinfeksiya olunmalıdır. Qeyd edək ki, mart ayının 3-dən etibarən ümumtəhsil məktəblərində eyni zamanda ali məktəblərdə tədris prosesi dayandırılıb. Məktəblərin nə vaxt açılacağı ilə bağlı hələ ki, rəsmi bir qərar yoxdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar