Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

DTX məlumat yaydı

Tarix: 17-07-2020 19:08     Baxış: 4208 A- / A+
DTX məlumat yaydı


İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir. Dövlət Təhlükəsizliyi Xidmətinin adı çəkilən əməkdaşının digər hüquq mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz düşmən və antiazərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər.

Qeyd edilir ki, Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar