Xəbər lenti
Tailandın Səhiyyə naziri maska taxmadığına görə üzr istəyib

Tailandın Səhiyyə naziri Anutin Çarnvirakul qoruyucu maska taxmadığına görə ictimaiyyətdən üzr istəyib.
Manevr.az məlumatına görə, AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, nazir ABŞ səfirliyində təşkil olunan müstəqillik günü tədbirində şəkil çəkdirərkən maskasını çıxarıb. Bu məqam ictimaiyyətdə böyük narazılığa səbəb olub. Nazir bildirib ki, özü qaydalara əmək etmədiyi halda, əhalidən bunu tələb etmək yersiz olar. O, bu məsələdən dərs aldığını, bir daha belə addım atmayacağını etiraf edib və ictimaiyyəti onun səhvini təkrar etməməyə çağırıb.
Qeyd edək ki, bu, qalmaqallı nazirin COVID-19 pandemiyası dövründə epidemioloji qaydaları ilk dəfə pozması deyil. Anutin Çarnvirakul ötən ay sosial məsafəni qorumadan bir neçə vəzifəli şəxslə yemək zamanı görünmüşdü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar