Xəbər lenti
İran və Ermənistanın qorxunc işbirliyi - Azərbaycanlılar təhlükədə
Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edilib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycanın Ərdəbil şəhərinin İran Əyalətləri Ali Şurasındakı nümayəndəsi Puya Mücərrəd açıqlama verib.
Onun sözlərinə görə, Ermənistanın uran, mis və qızıl zavodlarından Araz çayına axıdılan çirkab suları Parsabad əhalisi arasında xərçəng xəstəliyinin geniş yayılmasına yol açıb.
Mücərrəd baş verənləri “xərçəng sunamisi” adlandırıb: “Parsabad, Muğan, Aslandüz və Biləsuvarın içməli suyu Araz çayından təmin olunur. Mütəxəssislərin fikrincə, Parsabad Ərdəbil əyalətində mədə-bağırsaq xərçənginə görə birinci yeri tutur”.
O bildirib ki, məsələ ilə əlaqədar dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət edilib, lakin onlar hər dəfə Ermənistandan Araz çayına sənaye müəssisələrinin çirkab sularının axıdılması faktını yalanlayıblar:
“Bu günə kimi suyun yoxlanıb-yoxlanılmaması barədə heç bir sənəd göstərməyiblər. Halbuki bu vilayətin içməli suyunun rəngi belə dəyişib, bulanıqdır. Parsabad əhalisi xərçəng sunamisi ilə qarşı-qarşıyadır. On ildir ki, ətraf mühit fəalları və Şəhər Şurası üzvləri su məsələsinin həlli üçün çalışırlar, ancaq heç bir rəsmi insanların canı bahasına başa gələn bu problemin həlli üçün addım atmır”.
Uzun illərdir Ermənistan ərazisindən təmizlənmədən birbaşa Araz çayına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərin yayılmasına səbəb olub. Bu barədə Güney Azərbaycan əhalisi dəfələrlə xəbərdarlıq etsə də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar