Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı operativ qərargahın qoyduğu qaydaları pozdu

Tarix: 08-07-2020 23:05     Baxış: 2270 A- / A+
İcra başçısı operativ qərargahın qoyduğu qaydaları pozdu


Bakıda supermarketlərdən birində qanunsuz şəkildə bir neçə şöbənin bağlanması tələb olunub.

Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan məlumatda qeyd edilib. Söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən “Megastore” mağazalar şəbəkəsindən gedir.

Göndərilən məlumatda iddia olunur ki, ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iştirakı ilə ərazidə reyd keçirilib:

“Ötən gün mağazaya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev gəlmişdi. Çəkiliş apardılar. Bu zaman bizə qadağa olunduğu halda, nə üçün mağazada oyuncaq, tekstil şöbələrinin işlədiyi sual olundu.

Daha sonra isə həmin şöbələrin lentə alınması və bu şöbələrdə satışın dayandırılması tələb olundu. Bildirildi ki, növbəti dəfə bu məqam müşahidə edilərsə, cərimə tətbiq ediləcək. Bu barədə hüquqşünaslarımıza da məlumat vermişik. Xahiş edirik, məsələnin ictimaiyləşdirilməsinə kömək edəsiniz”.

Şikayət əsasında Baku TV-nin çəkiliş qrupu sözügedən mağazada olub və vəziyyətlə yerindəcə tanış olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar