Xəbər lenti
Uşaqlarımızı pandemiyadan qoruyaq...
Ümumdünya Səhiyyə Təşkilatı artıq bir neçə aydır ki,dünyanı lərzəyə salan yeni koronavirusu (COVİD-19) pandemiya elan edib.
Aydınlıq üçün qeyd edim ki, pandemiya insandan insana asanlıqla ötürülən yeni bir yolxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır.
Tarixə ekskurs etsək görərik ki, insanlar zaman-zaman bu cür kütləvi xəstəliklərlə üz-üzə qalıblar.20-ci əsrin əvvəllərində 20-50mln insanın ölümünə səbəb olan "ispan qripi", "Asiya qripi" və s. dediklərimizə əyani sübutdur. Burada diqqət çəkən dəhşətli fakt ondan ibarətdir ki, təkçə "ispan qripi"ndən dünyasını dəyişənlərin sayı Birinci və İkinci Dünya müharibələrində həlak olanların sayından çox olmuşdur. Bu qrip növü 5 faizə yaxın insanın dünyadan köçməsinə səbəb olmuşdur.
Məlum oldugu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayımlanmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə baglı olaraq hər yerdə tibbi-profilaktik, dezinfeksiyaedici işlər və digər qabaqlayıcı tədbirlər görülür, iş kollektivlərində(koronavirusla baglı müvəqqəti iş fəaliyyətinin dayandırıldıgı yerlərdə belə məlumatlar onlayn rejimində həyata keçirilir) əməkdaşlara koronavirusun yaratdıgı fəsadlar və onunla mübarizə üsulları barədə məlumatlar verilir,lazımi proflaktik tədbirlər həyata keçirilir. Bütün görülən tədbirlər əhalimizin, o cümlədən uşaqlarımızın saglamlagına yönəlmişdir.
Uşaqlarda koronavirus pandemiyası səbəbiylə travmatik stress,depression hallar tez- tez özünü biruzə verir. Uşaqlar hər gün ailələrdə valideynərinin və dostlarının koronavirusdan öləcəyi qorxusu yaşayırlar. Böyüklərdən hər gün ölüm sayının artıgını eşidirlər,nətəcə etibarı ilə, bütün bu kimi hallar uşaqlara güclü stress və dipressiya yaşadır. Valideynlər koronavirusla baglı narahatçılıqlarını uşaqlara ötürürlər.
Beynəlxalqmətbuatdan belə bir məlumatın şahidi olduq ki,ingiltərədə anası səhiyyə sistemində işlədiyinə görə, balaca qız uşagı onun koronavirusa yoluxub -yoluxmayacagı barədə dərin narahatçılıq keçirib,digər qız isə anası hər gün evdən getdiyində “anam öləcək, geri qayıtmayacaq” deyə analoji stress yaşayıb. Şübhəsiz ki, Azərbaycanlı uşaqlar dabelə stress və depresiyyalardan kənarda deyil.
Məlumdur ki, 21-ci əsrdə baş verən koronavirus pandemiyası 2019-ci ilin dekabırında Çində başlamış və hazırda bütün dünyada yayılmaqda davam edir. Azərbaycan daxil olmaqla, bütün dünyada koronavirus infeksiyasına tutulmuş xəstələr arasında COVİD-19-un uşaqlar üçün böyüklərə nisbətən böyük risk təşkil etdiyini müəyyən etmişdir(təbii ki, burada təkcə uşaqların fiziki saglamlıqlarına istinad etmirik). Dogrudur,bəzi uşaqlar və körpələr COVİD-19 ilə xəstələnsələrdə,bu günə qədər xəstələnmə hallarının əksəriyyətini böyüklər təşkil edir,lakin, bunula yanaşı bir sıra ölkələrdə bu virusla baglı uşaq ölümləri haqqında məlumat verilmişdir, məsələn, Belçikada 12 yaşlı qızın, İngiltərədə 13 yaşlı oglanın, Çində 14 yaşlı yeniyetmənin ölümləri dediklərimizə misal ola bilər.
Koronavirus infeksiyası pandemiyası uşaqlarda , həmçinin emosional dəyişikliklərin yaranmasına səbəb olur. Koronavirusun törətdiyi fəsadlar ətrafında ictimaiyyət arasında gedən söhbətlər artıqca uşaqlarda da narahatçılıq halları artır. Odur ki, valideynlər uşaqların saglamlıgı və onların fiziki inkişafının qaygısına ciddi şəkildə qalarlarsa,onları ətraf mühitin zərərli təsirlərindən qoruyarlar. Unutmaqolmaz ki, uşagın təbiyəsində ətraf mühit valideyndən çox rol oynayır.
32 illdir Bakı şəhəri Nərimanov rayonunun 69 saylı ”Körpələr evi-uşaq bagçası”nda tərbiyəçi müəllim işləyirəm. Bu o deməkdir ki, illərin təcrübəsi imkan verir mənə, mövcud vəziyyəti nəzərə alaraq,uşaqlarla baglı valideynlərə bəzi tövsiyələrimi verim,yəni valideynlərin uşaqlarla danışarkən və davranarkən hansı şərtlərə əməl etməklərini vacib hesab edirəm:
-Uşaqlarla münasibətdə təmkinli və sakit olmalı;
-Uşaqlarla ünsiyyətdə olmaga,onlarla danışmaga vaxt ayırmaq;
-Uşaqları səbrlə dinləməyibacarmaq;
-Uşaqların sosial şəbəkələrdə, radio və televiziyada izlədiklərinə diqqət yetirmək;
-Uşaqlara dogru və mənbəyi məlum olan məlumatları çatdırmaq;
-Uşaqların gigiyenasına və sosial məsafənin saxlanılmasına diqqət yetirmək;
-Kiçikyaşlı uşaqlara tez-tez əl və üz yumaq vərdişlərini aşılamaq;
-Uşaqların istifadəetdikləri əşyaların, o cümlədən oyuncaqların təmizliyinə diqqət yetirmək;
-Uşaqlara əl-üz yumaq vərdişləri aşılamaq, həmçinin dezinfeksiyaedici maddələr vasitəsilə qiqienik qaydalara əməletməyi öyrətmək və s.
Yekun olaraq demək istəyirəm ki,bu gün pandemiya dünyanı aguşuna alsa da,bu dunya uşaqlarındır... Bugünün sabahı olan uşaqlarımızın... Odur ki, hamımız əl- ələ verərək sabahımızı saglam böyüdək, unutmayaq ki, usaqlar, Allahın bizə əmanətidir...
Aidə Əzizova,
“Təhsildə Keyfiyyət İli”-müsabiqəsinin qalibi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar