Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pandemiyadan sonra dünyanı gözləyən İKİ SSENARİ: peyvənd olmasa...

Tarix: 08-07-2020 10:47     Baxış: 2216 A- / A+
Pandemiyadan sonra dünyanı gözləyən İKİ SSENARİ: peyvənd olmasa...


Birləşmiş Millətlər Təşkilatı koronavirus pandemiyasından sonra dünyanı gözləyən iki ssenarini açıqlayıb.

Manevr.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş danışıb.

İsveçin “Aftonbladet” telekanalına açıqlama verən baş katibə görə, birinci müsbət ssenaridə ölkələr mövcud vəziyyətlə mübarizə apara bilir, şimal ölkələrinin uğurlu şəkildə normallaşma planı hazırlanacağı, inkişaf etməkdə olan ölkələrin isə yardım ala biləcəyi proqnozlaşdırılır.

COVID-19 peyvəndinin 9 ay ərzində hazırlanacağı və ona hər kəsin əlinin çata biləcəyinə ümid etdiyini bildirən Quterreş hadisələrin bu istiqamətdə getməsi və iqtisadiyyatın dirçəlməsi təqdirində, 2-3 il sonra dünyanın əvvəlki vəziyyətinə qayıdacağını qeyd edib.

Onun sözlərinə görə, ölkələrin planlarını koordinasiya etməməsi pandemiyadan sonra mənfi ssenari ortaya qoyacaq. Bu ssenariyə yeni epidemiyaların yayılması da daxildir. Peyvənd üzərində işlərin uzun müddət davam etməsi və ya bu işdə rəqabətin başlanması ilə yanaşı, iqtisadi baxımdan daha güclü ölkələrin faydalanmasının vəziyyəti daha da pisləşdirəcəyi ehtimal edilir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar