Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda koronadan daha dəhşətli virus...

Tarix: 07-07-2020 09:05     Baxış: 2253 A- / A+
Bakıda koronadan daha dəhşətli virus...


Sosial şəbəkələrdəki bugünkü mənzərə iyrəncdir...

Çox iyrəncdir...

Bir jurnalistin koronavirusa yoluxmasına sevinmək.., nəinki sevinmək, “toy-bayram” eləmək... İfadənin ən yüngülünü, ən yumşağını axtarıram, tapa bilmirəm...

Tərbiyəsizlikdir...

Əxlaqsızlıqdır...

Mənəviyyatsızlıqdır...

Mənəvi terrordur...

Mir Şahini müdafiə etmək fikrindən uzağam, onun müdafiəyə ehtiyacı yoxdur.

Mir Şahin mahiyyətcə, xaraktercə hücumçudur. Peşəkar hücumçudur. Hələ onun uduzduğunu görmək kiməsə nəsib olmayıb.

Koronavirusa da qalib gələcək. Zərrə qədər şübhəm yoxdur.

Sağalacaq və bugünkü sevincəklərin “tərif”ini verəcək... Buna da şübhəm yoxdur.

Mir Şahin kimdir, onun Azərbaycan jurnalistikasında, siyasi fikir tariximizdə, publisistikamızda yeri, rolu nədir, gücü nədir, istedadı, intellekti nə boydadır, bilən bilir.

Hər kəs bilir.

Mir Şahin Azərbaycan jurnalistikasında əvəzolunmazdır, təkrarsızdır. Əminəm, bunu da hər kəs bilir.

Adam jurnalistdir. Partiya sədri deyil. Xalqa uzun illərdir yalan vədlər vermir ki, hakimiyyətə gələcək, bağ-bostan becərəcək, insanlara “rifah dövləti” yaradacaq...

Müxalifətdə ola-ola hakimiyyətlə separat danışıqlara gedib gündüzlər müxalifətçilərlə, gecələr iqtidarla, türkiyəlilər demiş, “takılmır”...

Məmur da deyil. Vəzifə-rütbə ağlının ucundan da keçməyib. Adı bu günədək hansısa korrupsiya qalmaqalında hallanmayıb...

Kimisə şərləyib tutdurmayıb, kiməsə pislik etməyib, kimisə zərərli yola dəvət etməyib...

Adam, sadəcə, jurnalistdir. Bildiyimiz jurnalist - qələm əhli, efir adamı. Amma işinin əjdahasıdır. Dediyi sözün tutarı var. Çəkisi ağırdı. Elə yazır, elə deyir, adamın yeddi qatından keçir.

Əli ağırdır. Səsi də, sözü də mediada Yenidir, hər nə yaradıbsa, özü yaradıb. Özünündür. Fərqlidir.

Onu qəbul etməyən, nəinki qəbul etməyən, söyüb-təhqir edən müxalif qaragüruh kəsim bilərəkdən, ya bilməyərəkdən siyasi leksikona məhz Mir Şahinin gətirdiyi ifadələri, fikirləri işlədir. Çox güman, bilmədən: bilmək üçün oxumaq, öyrənmək, izləmək gərəkdir. Amma eşidiblər, duyublar, altşüura oturub...

Mir Şahin teleməkana qəzetçiliyi gətirib. TV ilə Qəzetin sintezini yaradıb. Onun müəllifi və aparıcısı olduğu verilişləri yadınıza salın. Adam ona baxmır, həm də oxuyur.

Onun efiri klassik media ilə yeni medianın vəhdətidir.

Ona bənzəmək istəyənlər çox olub, var, yəqin ki, həmişə olacaq. Amma bənzəri yoxdur. Yəqin ki, heç vaxt olmayacaq...

Jurnalistika, media onun həyat tərzidir. Ona görə özünü media patronu, meneceri kimi apara bilmir. Öz TV-sinin, öz efirinin müxbirliyindən baş redaktorluğunadək, hər şeyi özü edir...

Onun xəstələndiyini eşidəndə təəccüblənmədim. Səhərdən axşamadək efirdə və kulisdə bütün işləri fədakarca özü görən adam yoluxmaya bilərdi?..

Virusdan qorunmaq və virusdan qorumaq... fərqli nüanslardı. Hər kəs qorunmağa çalışanda o, qorumağa çalışırdı. Efirdən vəziyyətin nə qədər təhlükəli olduğunu təsvir etməyə, inanmayanları inanmağa, qorunmayanları qorunmağa, yoluxanları yoluxdurmamağa çağırırdı... İzah edirdi, öyrədirdi, göstərirdi...

Bir daha soruşuram: yoluxmaya bilərdi?

Əslində jurnalistika təsəvvür ediləndən, gözlə görüləndən qat-qat çətin və ağır sahədir. Və təəssüf ki, bu ölkədə jurnalist əməyi qarşılıqsızdır. Hər mənada. Siyasətçilər də, məmurlar da, sıravi vətəndaşlar da hər şeyi jurnalistdən umur, gözləyir, tələb edir. Jurnalist “orta statistik azərbaycanlının” (baxın, bu söz də Mir Şahinindir) ürəyindən, xəyalından keçən hər şeyi etməldir. Hamının və hər kəsin əvəzindən etməlidir. Orta statistik azərbaycanlının hansısa səbəbdən işığı yanmırsa, qazı kəsilibsə, maaşı gecikirsə, onun yerinə jurnalist bunları tələb etməlidir. Müxalif siyasi qüvvə hakimiyyətə gələ bilmirsə, xalq onların aksiyasına getmirsə, etimad göstərmirsə, həmrəylik nümayiş etdirmirsə, jurnalistin “yarıtmaz”lığıdır. Qarabağ hələ də işğaldadırsa, bu da jurnalistin bacarıqsızlığıdır.

Jurnalist hamının yerinə hər şeyi etməli, siyasi mübarizə aparmalı, bütün seçkiləri udmalı, əlinə silah alıb səngərlərdə döyüşməli, bivec və düşmənlərin yalına yallananları konfet kağızına bükməli, onları qırmızı lentli “qızıl sini”də insanlara təqdim etməlidir...

Axı niyə?

Jurnalist xəbərçidir, sözün əsl mənasında, xəbər, informasiya yayandır. Onun işi, vəzifəsi, missiyası budur: xəbərçilik. Hadisəni yaradan deyil, hadisəni çəkən, yazan, yayandır.

Dövlət savaşdadırsa, jurnalist də düşmənlə informasiya savaşında ön cəbhədədir.

Media daha nə etsin, daha nə etməlidir ki? Kütlə niyə qəhrəmanlığı, fədakarlığı, kamikadzeliyi jurnalistdən umur, tələb edir, gözləyir? Mir Şahin borcludurmu ki, Əli Kərimlinin az qala sosial şəbəkələrdə yatıb-duran bivec elektoratının xoşuna gələn verilişlər hazırlasın? Və ya Mir Şahin hansısa siyasətçiyə olan münasibətini, rəğbətini qaragüruhun zövqüyləmi müəyyənləşdirməlidir?

Jurnalistin vəzifəsi həqiqəti söyləmək, yazmaq, bəyan etməkdirsə, Mir Şahin gördüyü, inandığı, əmin olduğu doğruları deyir. Həqiqətən müxalifət demokratiya mücadiləsi aparırsa, insanların seçiminə, düşüncələrinə, inanclarına sayğı ilə yanaşmalıdır. Qəbul etməsə belə. Amma biz bunun əksi ilə - söyüşlə, təhqirlə üzləşirik. Dövlətçiliyin yanında olan hər kəsi troll şəbəkəsi ən ağır formada təhqir edir, “süngüyə” keçirir, ətini yeyir.

Bu zehniyyət mənim ölkəmin gələcəyi ola bilərmi?..

Bu çürük təfəkkür mənim ölkəmin bu günü olmadığı kimi, gələcəyi də ola bilməz. Ona görə də seçimimizdə nə qədər haqlı olduğumuzu görürəm.

Sosial şəbəkələr az qala rentgen rolunu oynayır. Qaragüruhun xəstəliyini görürük. Sağalmaz xəstəlikdir. Koronavirusdan qorxuludur.

Mir Şahin ən yaxşı halda rəqib sayıla bilər. Amma onlar düşmən kimi görür, düşməncə münasibət bəsləyirlər. Bu düşmənçiliyi ermənilərə münasibətdə görməmişik. Paşinyanın koronavirusa yoluxması xəbərini sosial şəbəkələrdə bayram edən nə bir cəbhəçi vardı, nə müsavatçı, nə realçı. Amma pandemik virusa yoluxmuş bir jurnalistimizi linç eləməyə hazır nə qədər həyasız “üz” var qarşımızda. Özlərini “xalq” adlandıran “üz”lər...

Sosial şəbəkələrin Azərbaycan seqmentini yerin dibinə soxan söyüşcüllər on milyonluq ləyaqətli bir xalqın təmsilçiləri olmağa iddialıdır? Siz nə vaxt xalq oldunuz? Ən yaxşı halda, 1000-2000 civarında bir qrupdur, əksəri də feyk profillər, trollar...

Özlərindən yeni bir “şəbəkə xalqı” yaratmağa cəhd edə bilərlər. Amma Azərbaycan xalqına aid ola bilməzlər...

Və... İyrənc olduğu qədər də utanılası durumdur: əqidədən, məfkurədən dəm vura-vura nə qədər əqidəsiz, məfkurəsiz, içi boş, qəlbi-könlü yoxsul olduqlarını nümayiş etdirirlər.

Heç siz bilirsizmi ki, əqidə nədir, məfkurə nədir? Demokratiya nədir, onu da bilirsizmi? Harada, hansı ölkədə yaşadığınızı anlayırsınızmı?

90-ci illərin təfəkküründən çıxın, yeni zaman, yeni münasibətlər, yeni dünya düzəni var: bütün dünya dəyişib, tamamilə fərqli sistem formalaşmaqdadır. Siz 30 il öncənin qaragüruh təfəkküründən nə zaman xilas olacaqsınız? Nə vaxt bu ölkənin 20 faizinin işğalına səbəb olan, ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoyan yanlış düşüncədən ayrılacaqsınız?

Kim bu düşüncədən çıxıbsa, kim yeni sistemi dərk etməyə çalışırsa, kim çox oxuyursa, kim dövlətlər arasında hansı münasibətlərin getdiyini, beynəlxalq prosesi dərk edib ona uyğun davranmaq yolunu tutursa, demək, “əqidə” dəyişir?

Bir daha soruşuram: əqidə, məslək, dövlət, dövlətçilik, siyasət nədir, bilirsinizmi?

Mir Şahin nə deyir?

Deyir, qul olma, erməni disporunun maliyyələşdirdiyi “beynəlxalq donor” adına geydirilən qurumdan qrant alıb, onların sifarişi ilə Azərbaycanın üzərinə hücuma keçmə, ABŞ-da oturub, erməniyönlü və ya antiazərbaycan “men”in alətinə çevrilmə!

Deyir, dövləti, Azərbaycanı, dövlətçiliyimizi şərləmə, qarşımızda böyük düşmən var və bu düşməndən çox məharətlə istifadə edirlər.

Anlamırsınızsa, öz işinizdir; hələ də 30 il öncəki, Dağlıq Qarabağı və ətrafındakı rayonları əlimizdən alan yağının acığını Milli Məclisi topa tutmaqla almaq rüsvayçılığından dərs çıxarmamısınızsa, özünüz bilərsiniz.

Ancaq bu ölkəni sizin qaragüruh təbliğatınıza təslim etmək Mir Şahinin düşüncəsinə yaddır!

Sizin troll hücumunuzun qarşısında geri çəkilib, “mənim nə borcuma, qoy salim olum” təfəkkürü ilə, “nə ət, nə balıq” düşüncəsi ilə gördüyü həqiqətləri deməmək Mir Şahinə boyuna uyğun deyil!

Mir Şahin ona görə 30 ilin lentlərini ortaya qoyur, sizin özünüzü özünüzə göstərir, sizin aldatmaq istədiyiniz gənclərə xitab edir. Çünki görüb, yaşayıb, etdiklərinizin hansı fəsadlara səbəb olduğunu çox yaxşı bilir; o fəsadlardan, o dəhşətlərdən dərs çıxarıb, öyrənib, təkmilləşib, dünyaya artıq 25 yaşından yox, 55 yaşından baxır.

Mir Şahin heç vaxt sizə arxasını çevirməyib, həmişə sinəsini qabağa verib!

Sinəsini qabağa verənin kürəyini baltalamazlar!

Günün günorta çağı adamın kölgəsini qılınclamazlar!..

İsanı çarmıxa aparanlara bənzəyirsiniz, fərqindəsinizmi?

Allah və bu xalq sizi bağışlasın, “siz özünüz də nə etdiyinizi bilmirsiniz...”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar