Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbiş müəllim və şəmkirli direktor

Tarix: 15-01-2017 22:00     Baxış: 4433 A- / A+
Cəbiş müəllim və şəmkirli direktor

Seymur VERDİZADƏ

Çoxillik dostlarımdan olan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov ötən həftə Tovuza gedərkən ondan qardaşı nəvələri Nazimlə İsmayılı nənələrinin yanına aparıb-aparmayacağını soruşanda, cavabı belə odlu: “Nə danışırsan? Yeni direktor məktəbdə ciddi nizam-intizam yaradıb. Bircə gün də dərsdən qalmaq mümkün deyil”.

Çingiz Bayramovun doğru danışdığına əmin olsam da, bir qədər dəqiqləşdirmə aparmağa ehtiyac duydum: “Yəqin ki, yeni direktor sinif rəhbərlərinə şagirdlərdən fondpulu, süpürgəpulu yığmağı da qadağan edib...”

Çingiz müəllim sözlərimi başı ilə təsdiqləsə də, əlavə izahat verməyə ərinmədi: “Gülər xanımı Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 233 saylı tam orta məktəbə cəmi bir neçə ay əvvəl direktor təyin ediblər. O, gəldiyi gündən məktəbdə rüşvətin kökünü kəsib. Mənə inanmasanız, valideynlərdən soruşa bilərsiniz”.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 233 saylı tam orta məktəbin direktoru Gülər Bəbirovanın bu təhsil ocağında yaratdığı sağlam ab-hava haqda yazmağa macal tapmamış Şəmkir rayonunun Aşağı Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov öz yarıtmaz fəaliyyəti ilə “günün qəhrəmanı”na çevrildi. Akif Namazovla bağlı xəbərlər saytları dolaşanda, Şəmkirdə doğulmuş jurnalist dostum Araz Zeynalovu arayıb, bu adamın vəzifəyə nə vaxt təyin olunduğunu öyrənməyi xahiş etdim. Araz bəy operativ jurnalist olduğu üçün cavab özünü çox gözlətmədi: “Misir Mərdanovun kadrıdır”.

Lütfən, “heç dəxli var”, - deyib keçməyin. Dəxli olmasaydı, yazmazdım. Söhbət ondan gedir ki, sabiq təhsil naziri Misir Mərdanovun rüşvət alıb vəzifəyə təyin etdiyi 4 min 500 məktəb direktorunun hamısını bir gündə işdən çıxarmaq mümkün deyil. Son 3 ildə 500-dən artıq müəllim imtahan verərək, direktor postuna təyinat alıb. Yuxarıda haqqında bəhs etdiyim Gülər Bəbirova da onlardan biridir. Rüşvət verib vəzifəyə keçmədiyi üçün valideynlərdən də rüşvət almır...

Məlum olduğu kimi, ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirmə prosesi davam edir. Azərbaycanda fəaliyyət göstərən 150 min müəllimin təxminən 100 mini diaqnostik qiymətləndirmədən keçib. Bir neçə gün əvvəl baş tutan prosesə 40 min müəllim cəlb olunsa da, onların 1200-ü imtahana buraxılmayıb. Səbəb isə odur ki, bu adamlar öz ixtisaslarına uyğun işləmirlər. Rayonda yaşayan tələbə yoldaşım bir neçə gün əvvəl məndən xahiş etdi ki, diaqnostik qiymətləndirmə prosesindən kənarlaşdırılan bacısına kömək edim. Məsələni araşdıranda məlum oldu ki, qız Balıqçılıq Texnikumunun İqtisadiyyat fakültəsini qurtarsa da, 10 ilə yaxındır ki, öz kəndlərində coğrafiya müəllimi işləyir. Təhsil Nazirliyi bu uyğunsuzluğu aradan qaldırmaq üçün həmin şəxsi imtahana buraxmayıb. 40 min müəllimdən 1200 nəfərinin diaqnostik qiymətləndirmə prosesindən kənarda qalması bu cür səbəblərlə bağlıdır. Balıqçılıq Texnikumunu bitirən adamın orta məktəbdə müəllim işləməsinə mən yox, Misir Mərdanov şərait yaratdığı üçün bu söhbətin hamıdan çox ona dəxli var.

Təhsil sistemində aparılan islahatlar həm də ona görə nəticə vermir ki, orta məktəblərdə ikili tabelilik sistemi mövcuddur. Məlum olduğu kimi, orta məktəblər həm Təhsil Nazirliyinə, həm də yerli icra hakimiyyətlərinə tabedir. Yəni, binəva direktorlar Təhsil Nazirliyi ilə yanaşı, həm də icra başçılarının təlimatlarını yerinə yetirməlidirlər. Yeni direktorlar savadsız müəllimlərlə və məlum qalmaqalın baş verməsinə səbəb olan Xatirə Əliyeva kimi “ölü can”larla mübarizədə maraqlı olsalar da, icra başçıları bir dəfə gözlərini ağardanda, onların çoxu qorxudan tir-tir əsməyə başlayır. Təsəvvür edirsinizmi, hansısa məktəb direktoru Gəncənin icra başçısı Elmar Vəliyevə dirsək göstərə bilsin? Elmar Vəliyev onun iki gözünü bir deşikdən çıxarar. Elmar müəllim iclaslarda nəinki direktorların, hətta rektorların da üstünə qışqırır...

Nə qədər paradoksal olsa da, rayon təhsil şöbələri hələ də yerli icra hakimiyyətlərinə tabedir. Təhsil naziri Mikayıl Cabbarov imtahan keçirib, ən savadlı, ən ləyaqətli adamları məktəb direktoru göndərsə də, onlara hansısa bir dələduzun rəhbərlik etmək ehtimalı həmişə var. Buna görə də təhsil şöbələrini Təhsil Nazirliyinin balansına vermək lazımdır. Əks təqdirdə, icra başçıları istədikləri adamı vəzifəyə qoyub, istəmədikləri adamı işdən çıxaracaqlar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kimi. Zakir müəllim Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdirini son 6 ayda 3 dəfə dəyişib. Səbəbini soruşmayın. Kefi belə istəyir...

Müsabiqə yolu ilə direktor postuna təyinat alan adamlar çox vaxt uğur qazana bilmirlər. Uğursuzluğa düçar olmaq ehtimalı kənd məktəblərində daha yüksəkdir. Yeni direktor savadsız müəllimlərə və “ölü can”lara qarşı mübarizəyə başlayanda, ona qarşı böyük bir cəbhə yaranır. Kənddə hamı bir-biriylə qohum olduğu üçün insanların təəssübkeşlik duyğuları coşub-daşmağa başlayır. Heç kim fikirləşmir ki, Balıqçılıq Texnikumunu bitirmiş bu “müəllim” başqalarını deyil, onların öz övladlarını bədbəxt edir. Goranboy rayon İcra Hakimiyyətində çalışan tanışım deyir ki, müsabiqə yolu ilə təyin olunmalarına baxmayaraq, “dikbaşlıq” etdikləri üçün indiyə kimi 6-7 məktəb direktorunu işdən qovublar. Hamısını da “kənd zəhmətkeşləri”nin əli ilə...

Mən həmişə tənqidin tərəfdarı olmuşam. Direktoru da, təhsil şöbəsinin müdirini də, lap elə nazirin özünü də tənqid etmək olar. Amma təhsili, təhsil müəssisəsini gülüş obyektinə çevirmək olmaz. Bədbəxtlik odur ki, biz adı seks qalmaqalında hallanan Akif Namazova da lağ edirik, ləyaqət simvolu olan Cəbiş müəllimə də. Akif Namazovla bağlı sosial şəbəkələrdə aparılan müzakirələri yaxından izləyirəm. Çalışmaq lazımdır ki, bu proses məktəbə, təhsil müəssisəsinə ziyan vurmasın. Uşaqları məktəbdən soyutmaq olmaz. Məktəbin alternativi internet salonları, ucuz kafelər, gecə barları, cəhalət və qaranlıqdır. Məktəbə getməyən uşaq adını eşitmədiyi, üzünü görmədiyi Bəşər Əsədə güllə atmaq üçün Suriyaya gedəcək. Buna heç kimin şübhəsi olmasın...
(Qafqazinfo)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar