Xəbər lenti
Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın - Ekspert
Sərt karantin rejimində polislərin üzərinə çox böyük məsuliyyət və yük düşür. Müşahidə etmişəm və bilirəm ki, hazırda onlar nə qədər ağır yükü çiyinlərində daşıyırlar.
Bu sözləri ekspert Aslan Əsədov deyib. O bildirib ki, həm polislərin yükünü azaltmaq, həm də yoluxmanın qarşısını almaq üçün Bakıdakı sıxlığı azaltmaq çox yaxşı olardı:
“Hazırda yay fəslidir və insanlar rayonlara getmək, təmiz hava almaq istəyir. Nəzərə alsaq ki, təmiz hava insanlara həm psixoloji baxımdan çox müsbət təsir edir, həm də onların sağlamlığı üçün vacibdir, onda bölgələrə getmək istəyənlərə şərait yaratmaq lazımdır. Bunun üçünsə həmin insanlardan koronavirus testinin nəticəsi tələb edilə bilər. Əgər nəticəsi neqativdirsə, həmin şəxslərin rayonlardan birinə bəlli müddətə getməsinə icazə verilsin. Seçdiyi bölgəyə gələn şəxs və ya ailə isə dərhal sahə müvəkkilinə müraciət edərək, qeydə alınsın və müşahidə altına düşsün.
Beləliklə, həm sağlam şəxslərin bölgədə məskunlaşma və təmiz havada olma arzusunu reallaşdıra, həm də Bakıda sıxlığı aradan qaldırmaqla, yoluxmanı minimuma endirə bilərik”.
Ekspert qeyd edib ki, rayona getmək istəyənlərə konkret müddət qoyulmalıdır:
“Həmin şəxs koronavirus testindən keçibsə və nəticəsi neqativdirsə, rayona getdiyi halda, məsələn, 14 gündən və yaxud bir aydan tez qayıtmasına da imkan verilməməlidir. Çünki əks halda insanların sürətli yerdəyişmələri, xüsusilə şənbə-bazar günləri rayonlara üz tutmaları əlavə problem yarada bilər.
Test nəticəsi neqativ çıxanlara sərt karantin elan olunmayan rayonlarda sosial məsafəni gözləmək, ciddi gigiyena qaydalarına əməl etməklə istirahət imkanları da yaradıla bilər.
Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu təklifi müzakirə edə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar