Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkəmələrdə bu sistemə dair Təlimatda dəyişiklik edildi

Tarix: 04-07-2020 18:52     Baxış: 2310 A- / A+
Məhkəmələrdə bu sistemə dair Təlimatda dəyişiklik edildi


“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilib.

Manevr.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar verib.

Dəyişiklik üç sözünün iki sözü ilə əvəz edilməsi ilə bağlıdır.

Dəyişiklikdən əvvəl, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu üç və daha çox hakim olan məhkəmələrdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edirdi.

Dəyişiklikdən sonra isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu iki və daha çox hakim olan məhkəmələrdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edir./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar