Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu

Tarix: 03-07-2020 05:50     Baxış: 3229 A- / A+
Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının daha dörd əməkdaşında koronavirusa yoluxma halı aşkar edilib. Bununla da xəstəxanada COVID-19-a yoluxanların sayı 12 nəfərə çatıb.

Bu barədə xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.

“Neyrocərrahiyə, reanimasiya, travmatologiya və başqa şöbələrin işçiləri arasında yoluxma var. Lakin kütləvi yoluxmadan söhbət gedə bilməz. Bura koronavirusla işləməyən xəstəxanadır və xəstələr müxtəlif travmalarla gəlir, onlara təcili yardım edilir.

Həkimlərimizi maksimum dərəcədə qorumağa çalışırıq, maska taxırlar, əlcək geyinirlər. Lakin kombinezon geyinib travmalı xəstələrə baxmaq mümkün olmur. Koronaviruslu xəstələrlə işləyən xəstəxanada tam qorunan, kombinezon geyinən həkimlər də virusa yoluxur. Yəni belə xəstələrlə gündəlik işləməyənlər də yoluxa bilər. Bu normaldır. Yoluxanlar arasında ağır vəziyyətdə olanlar yoxdur".

R.Sadıxov qeyd edib ki, xəstəxananın tibb heyəti mütəmadi olaraq testlərdən keçirilir:

“Yoluxmaların çoxu təmas nəticəsində baş verib. Xəstə gəlir, koronavirus olduğu bilinir, biz onu başqa xəstəxanaya göndəririk. Onunla kimlər təmasda olursa, həmin şəxsləri potensial daşıyıcı kimi qəbul edirik və analiz edilir. Həkimlər arasında evdə ailə üzvlərindən yoluxanlar da var. Yoluxma hər yerdə ola bilər”. azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar