Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunda məzunlarla onlayn görüş keçirilib -ŞƏKİL
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, rəhbər heyəti və müəllimlərinin iştirakı ilə məzunlarla onlayn görüş keçirilib.
“ZOOM” proqramı vasitəsilə keçirilən görüşdə Aİİ-nin bütün məzunları iştirak ediblər.
Görüşdə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov görüş iştirakçılarını salamladıqdan sonra, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını vurğulayıb.
Elmi Şuranın çıxardığı qərara əsasən, IV kurs tələbələrinin təcrübə və buraxılış işi yazmaq tələbindən azad edilməsindən, onların təcrübə işlərinin qiymətləndirilməsindən, yekun attestasiya nəticələrinin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən aparılmasından ətraflı bəhs edən rektor A.Şirinov məzunlara gələcək fəaliyyətlərində uğur qazanmaları üçün planlı şəkildə çalışmağı tövsiyə edib.
İnstitut rəhbəri daha sonra indiki dövrdə hər kəsin karantin qaydalarına ciddi riayət etməsini, sağlamlıqlarını qorumağa borclu olduqlarını xüsusi vurğulayaraq, pandemiya tamamilə bitdikdən sonra builki məzunlarla “Məzun günü”nü qeyd edəcəklərini vurğulayıb.
İnstitutun müəllimləri də çıxış edərək, tələbələrə gələcək həyatlarında müvəffəqiyyətlər diləyib və elmi potensiallarını inkişaf etdirmələri üçün öz tövsiyələrini veriblər.
Görüşdə məzunlar da çıxış edərək, məhz Aİİ-nin məzunları olduqlarından qürur duyduqlarını, təhsil aldıqları illər ərzində yaşadıqları maraqlı hadisələrdən söz açıblar. Tədris müddətində əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürlərini bildirib, məzun olan digər yoldaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar