Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Korona xəstələri restoranlarda müalicə olunacaq?

Tarix: 28-06-2020 11:18     Baxış: 2210 A- / A+
Korona xəstələri restoranlarda müalicə olunacaq?


Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayının artması, xəstəxanalarda yer azlığı, çarpayı çatışmazlığı məsələsini güdəmə gətirib. Mütəxəssislər deyir ki, əgər belə bir şey verərsə, dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də əlavə məkanlardan istifadə etmək olar.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı maraqlı süjet hazırlayıb.

Nahid Məhərrəmov (həkim): “Dünya ölkələrində bu təcrübə var ki, bəzən təkcə xəstəxanalar deyil, digər iri zalları olan müəssisələrdən də istifadə olunur. Və yaxud iri zallarla yanaşı, futbol meydançaları, iri foyesi olan mərkəzlər sırf koronavirus xəstələrinin müayinəsi üçün ayrılmış bir yer kimi istifadə olunur”.

Ekspertlər hazırda mövcud pandemiya səbəbindən fəaliyət göstərməyən müxtəlif ictimai-iaşə obyektlərinin, olimpiya komplekslərinin, hətta şadlıq saraylarının bu məqsədlə ayrılmasını tövsiyə edirlər.

İlqar Hüseynli (ekspert): “İndiki şəraitdə həm səhiyyə müəssisələrinin çatışmazlığını, çarpayı çatışmazlığını nəzərə alaraq, müxtəlif şadlıq evlərini, o cümlədən mərasim zallarını bu məqsəd üçün hazırlamaq lazımdır ki, biz virusa yoluxan xəstələrin səhiyyə xidmətini təşkil etmək üçün əlimizdən gələni edə bilək”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov da bu cür əlavə məkanların yaradılmasını istisna etmir. Onun sözlərinə görə, son günlər yoluxma sayının artması ölkədə epidemiolji vəziyyəti daha da çətinləşdirib:

“Yoluxma sayı artdığı üçün əfsuslar olsun ki, hökumət belə addımlar atmaq məcburiyyətindədir. Avropa nümunəsində də məktəblər, idman zalları pandemiya ilə mübarizə üçün xəstəxana vəziyyətinə gətirilib. Bununla bağlı artıq təcrübə var”.

Bunun ölkəmizdə arzuolunmaz olduğunu deyən mütəxəssislər hər kəsi qaydalara əməl etməyə, sosial məsafə saxlamağa, əlcəkdən və tibbi maskadan istifadə etməyə çağırır. Əks halda, nəticələr daha da ağır ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar