Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağciyər Xəstəlikləri İnstitutunda vəziyyət acınacaqlıdır - TƏBİB-dən açıqlama

Tarix: 27-06-2020 13:22     Baxış: 5254 A- / A+
Ağciyər Xəstəlikləri İnstitutunda vəziyyət acınacaqlıdır - TƏBİB-dən açıqlama


Ağciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub.

Son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva, Kərimova Jalə, Fazilə, Səba, Aygün, Şəlalə və Pərvanə adlı təmizlik işçisində (sanitarka) COVİD-19 aşkarlanıb. Yoluxanlar çalışdıqları institutda müalicə alırlar.

Ağciyər Xəstəlikləri İnstitutunun bir müddət əvvəl yoluxan 70 yaşlı əməkdaşı, bronxoloq Faiq Ağayev hazırda ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında yatır. Vəziyyəti çox ağırdır. Ölüm təhlükəsi var.

Ağciyər Xəstəlikləri İnstitutunda baş verənləri araşdıran ictimai vəkil Samir Zeynalov açıqlamasında vəziyyətin acınacaqlı olduğunu bildirib:

"İndiyədək institutun 20-yə yaxın işçisi koronavirusa yoluxub. Çünki müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil. Məndə olan məlumata görə, yoluxanların bir çoxları xəstə olduqları halda işlərinə davam edir. Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb, anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir. Yoluxanlardan birinin hamilə olduğu bildirilir.

Qeyd edim ki, Faiq Ağayevin 70 yaşı var. 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağan olunduğu bir ərəfədə o işə çıxıb və nəticəsi göz qabağındadır.

İnstitutda virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqlar və laqeydlik mövcuddur. Tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkir. Bu isə onların və virusun yoluxma riskinin artması baxımından bir çox insanların həyatının təhlükə qarşısında qalması deməkdir. İnstitutda tibb işçiləri arasında yoluxma hallarının ciddi şəkildə artmasının səbəbi məhz bu amildir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında məsələyə aydınlıq gətirib:

"İnstitutdan mənə verilən məlumata görə, yoluxanlar COVİD-19 xəstələri ilə işləməyən əməkdaşlardır. İlk olaraq texniki işçilər arasında yoluxma baş verib. Onlar da xəstəxanadan kənarda yoluxublar. Həmin yoluxanlar virusu xəstəxanaya gətiriblər və təmas nəticəsində əməkdaşlar arasında yoluxma baş verib. Bəli, işçilər arasında yoluxma var, amma buna kütləvi yoluxma demək olmaz"./baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar