Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Belarus prezidenti həm Qərbin, həm də Kremlin onu devirmək istədiyini bəyan edir

Tarix: 26-06-2020 04:42     Baxış: 33238 A- / A+
Belarus prezidenti həm Qərbin, həm də Kremlin onu devirmək istədiyini bəyan edir

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda ölkəsində keçiriləcək prezident seçiciləri ilə bağlı yaranan vəziyyəti Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcəyini deyib. Burada Belarus dövlət başçısı Kremlin onların daxili işlərinə qarışması ilə bağlı şikayətini çatdıracaq.

Manevr.az xarici agentliklərə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko ondan şəffaf və düzgün seçkilərin keçirilməsini tələb edən rəqiblərinin özlərini dürüst şəkildə aparmadıqlarını, arxalarında isə onları “kukla kimi oynadan” Rusiya və Polşanın durduğunu söyləyib.

“Hazırda mənə qarşı ən müasir saxta texnologiyalardan istifadə edilir”,-deyə prezident dövlətin rəsmi “BelTA” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, internetdə iqtidarı gözdən salan “feyk” informasiyalar yayılır. Bunlardan biri də onun oğullarının adına İsveçrə banklarının birində 840 milyon dollarlıq hesabının olması barədə xəbərdir. “Diplomatik kanallarla həmin banka məktub göndərin. Kim həmin pulları tapa bilsə, hamısını özünə götürsün”,-deyə A.Lukaşenko qəzəbini ifadə edib. Belarus prezidenti bu cür informasiyaların arxasında Rusiyanın bəzi strukturlarının durduğunu açıqca söyləyib.

Qeyd etmək lazımdır ki, Belarus prezidentliyi uğrunda seçkilər bu ilin avqust ayının 9-da keçiriləcək. Hazırda müxtəlif təşəbbüs qrupun irəli sürdüyü namizədlərin qeydə alınması prosesi gedir. Alakesandr Lukaşenkonun əsas rəqibi isə iş adamı, “Belqazprombank”ın keçmiş rəhbəri Biktor Babariko sayılır.

Mətbuat isə Belarus liderinin Moskvada keçirilən parad zamanı “qiyamçı” davranışlarına diqqət yetirib. Belə ki, Rusiya prezidenti parad barədə müdafiə naziri Sergey Şoyqunun hesabatını dinləyən zaman tribunada hər kəs qalxdığı halda, A.Lukaşenko yerindən tərpənməyib.

Naməlum əsgərin məzarına gül qoyulması mərasimi zamanı isə o, Vladimir Putinlə yanaşı durmamaq üçün nümayişkaranə şəkildə yerini dəyişib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar