Xəbər lenti
Koronavirusdan qorunmağın yeganə yolu budur — Baş infeksionist AÇIQLADI
“Koronavirus epidemiyasına yoluxma hallarının qarşısını almağın yeganə yolu qaydalara riayət etməkdir. Əks təqdirdə xoşagəlməz hallarla rastlaşacağıq”.
Bunu açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hava, damcı yolu ilə yayılan infeksiyalarla ancaq, maska taxıb, sosial məsafə qoruyub, izolyasiya qaydalarına əməl etməklə effektiv mübarizə aparmaq olar.
“Lakin bir qisim insanlarda infeksiya olmasına baxmayaraq, onlar bunu hiss etmirlər və əhali arasında dolaşaraq, xəstəliyi yayırlar. Son günlərdə virus sürətlə yayılmasının da səbəbi budur. Odur ki, insanlar maska taxıb, sosial məsafə saxlasalar yaxşı olar. Xəstəliyin əlamətlərini və ya narahatçılıq hiss edənlər dərhal həkimə müraciət etməlidir. Ancaq bizim vətəndaşlarımız 3-4 gün xəstə halda gəzib, ətrafdakılarını yoluxdurur, özünün də səhhəti ağırlaşanda həkimə müraciət edir. O zaman da gec olur. İnsanlarımız çox səhlənkarlıq edirlər”- deyə C.İsayev deyib.
İctimai nəqliyyatda yaranan sıxlıqlara toxunan Baş infeksionist bildirib ki, əhali yeri gəldi-gəlmədi bir bahənə edərək ictimai nəqliyyatla qohumugilə, ya gəzməyə, yaxud da marketə gedir:
“Epidemiya dövründə belə hərəkətlər yolverilməzdir. Bu, bizim vətəndaşlıq borcumuzdur. Özümüzü, ətrafdakılarımızı düşünməliyik. Bilməliyik ki, artıq xəstəxanlarda da, reanimasiyalarda da yerlər azalır. Bunları nəzərə alıb daha məsuiyyətli addım atmalıyıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar