Xəbər lenti
Gözlənilən açıqlama gəldi: Virus bitmir, əksinə, daha çox yayılır... - ÖLÜ SAYI ARTACAQ
Dünyada koronavirua yoluxma sayı 9 milyon 361 min 474-ə, ölüm sayı isə 479 min 910 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, virus bitmir, əksinə, pandemiya daha da böyüyür. Qurum rəsmisi həmçinin tibb işçilərinin təhlükəsizliyi barədə də narahatlığını ifadə edərək, ölkələrə çağırış edib:
“Virus bitmir, əksinə, daha çox yayılır. Yoluxmaların və ölümlərin sayı artır. Tibb işçilərinin fiziki təhlükəsizliyini təmin edilməli, onlar hücumlardan qorumalıdır”.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 1374 nəfərin ölməsi ilə ölkədə COVID-19 səbəbiylə həyatını itirənlərin sayı 52 min 645-ə, yoluxmalar isə 39 min 436 nəfər artaraq, 1 milyon 145 min 906-a çatıb.
Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində COVID-19-dan ölüm sayı 793 artaraq, 23 min 377-ə yüksəlib. Yoluxma sayı isə 6 min 288 artaraq, 191 min 410-a çatıb.
Hindistanda isə son 24 saat ərzində COVID-19 qurbanlarının sayı 465, yeni yoluxanların sayı isə 15 min 968 nəfərdir. Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ümumilikdə koronavirusdan ölənlərin sayının 14 min 476-a, yoluxmaların isə 456 min 183-ə çatdığı bildirilib.
Bu günə qədər koronavirusa yoluxanlar arasında sağalanlar 5 milyonu keçib. Xəstələrin ən çox sağaldığı ilk 3 ölkə ABŞ, Braziliya və Rusiyadır./redaktor.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar