Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ separatçıları festivalda iştirak etmir - Maslyakov

Tarix: 14-01-2017 09:45     Baxış: 3339 A- / A+

Qarabağ separatçıları festivalda iştirak etmir

Qondarma "Dağlıq Qarabağ respublikası"ndan heç bir komanda Soçi şəhərində keçirilən beynəlxalq KVN (“Şən və hazırcavablar klubu”) festivalında iştirak etməyib.

Report xəbər verir ki, bunu RİA "Novosti"yə KVN-nin aparıcısı, “AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən deyib.

Bundan əvvəl qondarma qurumdan “S xlebom i solyu” və “DeleYaman” komandalarının KVN festivalına dəvət olunduğu barədə məlumat yayılıb. Ardınca Azərbaycan XİN-i bu dəvətin Rusiya ilə tərəfdaşlığa zidd olduğunu bəyan edib.

"Qondarma "DQR" komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət KVN saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub", — deyə Maslyakov bildirib.

Onun sözlərinə görə, 55 il ərzində Klubda bir dəfə də olsun münaqişəli vəziyyət yaranmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar