Xəbər lenti
BMU-nun rektoru magistrantların dissertasiya işlərinin müdafiəsində iştirak edib -ŞƏKİL
Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində Mühasibatlıq uçotu və audit ixtisasında (İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşması) təhsil alan magistrantların dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
Müdafiə prosesinə qoşulan BMU-nun rektoru, professor Havar Məmmədov pandemiya dövründə dərslərin məsafədən tədrisi istiqamətində təhsilin magistratura səviyyəsində həyata keçirilən işlərdən söz açıb. O, mövcud şəraitdə tələbələrin dissertasiya işlərini yüksək səviyyədə hazırladıqlarını bildirib və bunu yüksək qiymətləndirib. Magistrantların təqdimatlarını dinləyən rektor ən yüksək nəticə göstərən tələbələrin BMU-da akademik karyeralarını davam etdirə biləcəklərini vurğulayıb və onlara gələcək işlərində nailiyyətlər arzulayıb.
İxtisaslaşdırılmış elmi şuranın sədri dosent Ənvər Salahovun rəhbərliyi ilə keçirilən müdafiə prosesində magistrantlar öz dissertasiya işlərini yüksək səviyyədə təqdim ediblər.
Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparılıb, Şura üzvləri çıxış edərək öz sual, təklif və tövsiyələrini səsləndiriblər. Dissertasiya işlərinin müzakirəsindən sonra səsvermə yolu ilə təqdim olunan işlər müsbət qiymətləndirilib. 2 nəfər magistrant isə ən yüksək balla - 100 balla qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, 22 iyun tarixində başlayan dissertasiya işlərinin müdafiəsi 25 iyuna kimi davam edəcək. Belə ki, Biznesin təşkili və idarə edilməsi, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə), Maliyyə menecmenti və Dövlət strukturlarında menecment ixtisaslaşmalarında dissertasiya işlərinin müdafiəsi iyunun 24-də, Beynəlxalq iqtisadi münasibətlər ixtisaslaşmasında isə iyunun 25-də təşkil olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar