Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşın sosial rifahı Azərbaycan Dövləti üçün prioritetdir-Anar Məmmədov

Tarix: 23-06-2020 18:36     Baxış: 2321 A- / A+
Vətəndaşın sosial rifahı Azərbaycan Dövləti üçün prioritetdir-Anar Məmmədov


Anar Məmmədov: Vətəndaşın sosial rifahı Azərbaycan dövləti üçün prioritetdir
“Artıq aylardır ərazisindən, əhalisinin sayından, təbii resurslarından, iqtisadi potensialından, siyasi və geosiyasi təsir imkanlarından, hərbi gücündən asılı olmayaraq, bütün dövlətlər koronavirus təhlükəsi ilə xüsusi hazırlıq görmədən qarşılamaq məcburiyyətində qaldılar. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsi dəyişdi. Sərhədlər bağlandı, bütün ənənəvi biznes münasibətləri, iqtisadi əlaqələr havadan asılı vəziyyətdə qaldı, pandemiyanın qarşısının alınması üçün atılan zəruri addımlar, karantin rejimləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər daxili və qlobal iqtisadi prosesləri sıradan çıxmaq təhlükəsi qarşısında qoydu, uzun illər boyu tətbiq olunan, qlobal böhranların sınağından çıxaraq təkmilləşdirilən sosial müdafiə mexanizmləri öz səmərəliliyini itirdi.” Manevr.az bildirir ki, bu fikri pressxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.


A.Məmmədov qeyd edib ki, bununla belə, yenə əksər ölkələrdən, xüsusilə də, dünyanın supergüclərindən fərqli olaraq, Prezident İlham Əliyevin ardıcıl, birmənalı və qətiyyətli addımları sayəsində ölkəmizdə koronavirus pandemiyası daha böyük fəsadlar və itkilərlə müşayiət olunmadı. Ardıcıl verilən qərarlar, fərmanlar, sərəncamlar, dövlət başçısının göstəriş və tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planı sayəsində koronavirus pandemiyasının genişlənib yayılmasının müəyyən qədər qarşısı alındı: “Ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər geniş və ardıcıl xarakter daşıdı. Demək olar ki, hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi olduq. Bu prosesin dünyanı acı reallıqlarla qarşı-qarşıya qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirdi.”

Milli Məclisin deputatı vurğulayıb ki, tədbirlər planına uyğun olaraq, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödədi: “Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalandı. Bu proqramlar, ümumilikdə, 600 mindən çox insanı əhatə etdi. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ictimai iş yeri yaradıldı. Eyni zamanda qeydiyyata düşmüş işsizlər üçün 190 manat birdəfəlik ödəmələr oldu. Təbii ki, bunlar hamısı Azərbaycan vətəndaşına verilən ən yüksək və ən böyük dəyər, qiymətdir.”

A.Məmmədov onu da bildirib ki, yenidən xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, təəssüf ki, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı: “Bu səbəbdən də, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı. Buna görə də iki həftəlik sərt karantin rejimi elan olundu. Belə olan vəziyyətdə isə işsiz şəxslərə yenidən 190 manat birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu ola bilər”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar