Xəbər lenti
Deputat seçicisinin yanmış evin yenidən bərpasına köməklik göstərdi-
“Vətəndaşa diqqət və qayğı daim öndədir. Сənab Prezident İlham Əliyevin çıxışları zamanı “Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi bir daha sübut edir ki, ölkəmizdə vətəndaş amili hər zaman yüksəkdə dayanır, vətəndaşlara olan diqqət və qayğı bütün işlərdə prioritet sahə kimi götürülür. Biz də cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq səlahiyyətimiz çərçivəsində vətəndaşların yanında olmağa çalışır, onların qayğıları ilə maraqlanır və dəstək oluruq.
Belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, bu gün Goranboy rayonu, Qaradağlı kənd sakini Elnur Mehdiyevin ötən onlayn qəbul zamanı müraciətini nəzərə alaraq, yanmış evinin yenidən bərpası üçün lazımı köməklik göstərilib%
“Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq seçicimizlə telefon rabitəsi vasitəsilə əlaqə saxlayıb gələcəkdə görüləcək işlər barədə müzakirə apardıq. Elnur Mehdiyev də öz növbəsində bizə təşəkkürünü bildirib, ölkə başçısı cənab Prezident İlham Əliyevin yürütmüş olduğu siyasəti dəstəklədiyini bildirdi”./pressxeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar