Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu bölgəsində koronavirusa görə polis nəzarəti gücləndirildi

Tarix: 22-06-2020 18:34     Baxış: 2264 A- / A+
Azərbaycanın bu bölgəsində koronavirusa görə polis nəzarəti gücləndirildi


Cəlilabad rayonunun koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərində polis nəzarəti gücləndirilib.

Manevr.az xəbər verir ki, bununla yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi ilk iki gün ərzində 10 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu aşkarlanıb. Həmin şəxslər barəsində inzibati cərimələr tətbiq edilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işlərinə start verilib.

Bu məqsədlə komunal xidmətin texnikaları ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı texnikaları dezinfeksiya işlərinin aparıldığı əraziyə cəlb olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Cəlilabad rayonunun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub.

Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiq edilib. /Report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar