Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə..." - Cəlal İsayevdən daha bir xəbərdarlıq

Tarix: 22-06-2020 18:30     Baxış: 2292 A- / A+
"Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə..." - Cəlal İsayevdən daha bir xəbərdarlıq


“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirus bu gün aqressivləşib:

“Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir. Çünki onun ağır xəstəliyi yox idi. Virus adətən yanaşı xəstəliyi olan şəxslərin vəziyyətinə mənfi təsir göstərir”.

C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanı tam aradan qaldırmaq qeyri-mümkündür:

“Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyi təmin etmək əsas hədəflərdəndir. Xəstələnmə sayı az olsun ki, keyfiyyətli müalicə üsulundan istifadə edə bilək. Bununla da vaxt qazanmış olarıq. İnanmayan olsa belə, qoyulan qaydalara yaxınlarının, vətəndaşlıq borcu xətrinə əməl etsin”. /report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar