Xəbər lenti
Gənc tədqiqatçı beynəlxalq virtual elmi konfransda iştirak edib
Qərbi Kaspi Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, Bakı Dövlət Universitetinin doktorantı, gənc tədqiqatçı Tural Vəlizadə iyunun 22-də Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan II dünya müharibəsi illərində” mövzusunda Beynəlxalq Virtual Elmi Konfransda iştirak edib.
Tural Vəlizadə beynəlxalq tədbirdə “Azərbaycanlıların Şərqi Avropada partizan hərəkatında iştirakı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının öz sanballı töhfəsindən, azərbaycanlı çağırışçı və könüllülərdən ibarət milli diviziyaların Qafqazdan Berlinədək əşanlı döyüş yolu keçməsindən, Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində, Qərbi Avropada genişlənən müqavimət hərəkatının uğur qazanmasında həmyerlilərimiz mühüm rol oynamasından, həmyerlilərimizin partizan və müqavimət hərəkatında da fəallıq göstərərək Ukraynada, Belorusiya, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransa antifaşist müqavimət hərəkatında igidliklə vuruşmasından bəhs edib.
Tural Vəlizadə
T.Vəlizadə təəssüflə qeyd edib ki, müharibə dövründə, eləcə də ondan sonrakı illərdə Avropa Antifaşist Müqavimət Hərəkatının əhatə etdiyi ölkələrin ali hökumət orqanları və hərbi komandanlıqları tərəfindən hərəkatda fəal iştirak etmiş azərbaycanlı partizanların şücaət və igidliklərini təsdiqləyən şəhadətnamələr (sertifikatlar) onlara təqdim olunması üçün Sovet İttifaqına göndərilsə də, bu əhəmiyyətli sənədlər uzun illər arxiv fondlarında gizlədilib.
Müharibə illərində alman faşistlərinə əsir düşmüş, lakin qaçmağa nail olan və partizan hərəkatına qoşularaq fədakarlıq nümunələri göstərmiş bir çox həmyerlilərimiz Vətənə qayıtdıqdan sonra uzun illər incidilib, onlara sovet hakimiyyəti tərəfindən inamsızlıq və etimadsızlıq nümayiş etdirilib.
Gənc tədqiqatçı öz elmi məruzəsində Müqavimət Hərəkatının sıralarında olan azərbaycanlıların bütün döyüş fəaliyyətlərinin bütün dünyaya yüksək mənəvi və döyüş keyfiyyətlərini, ümumi düşmənə qarşı mübarizədə cəsarət və sədaqəti əyani şəkildə nümayiş etdirdiyini xüsusi olaraq qeyd edib. Fransa, İtaliya, Yuqoslaviya və digər Avropa ölkələrində azərbaycanlıların aldıqları orden, medal, diplom və sertifikatlar Avropa Müqavimət Hərəkatı
sıralarında faşizmin məğlubiyyətinə töhfə verən Azərbaycan oğullarının xidmətlərinin və döyüş nişanələrinin bariz nümunəsidir.
Qeyd edək ki, “Azərbaycan II dünya müharibəsi illərində” adlı beynəlxalq elmi konfransın məqsədi faşizm üzərində qələbənin 75-ci ildönümü ilə bağlı bu mövzuda təcrübə və tədqiqat nəticələrinin mübadiləsi üçün dünyanın aparıcı akademik qurumlarının alim və mütəxəssislərini bir araya gətirmək, tədqiqatçılara son elmi yenilikləri, o cümlədən azərbaycanlıların bu müharibədə iştirakının, verdiyi sanballı töfhələrin təqdimatı və II Dünya müharibəsi ilə bağlı ümumi müzakirələr aparmaq üçün platforma təqdim etməkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar