Xəbər lenti
Ali məktəblərə qəbul imtahanları onlayn keçiriləcək? - Aydınlıq gətirildi
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xüsusi karantin rejiminin müddəti uzanarsa, ali məktəblərə qəbul imtahanlarının onlayn keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib.
Manevr.az-ın məlumatına görə, Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib ki, 100 min insan üçün onlayn imtahanın keçirilməsi qeyri-mümkündür: “Texniki şərait baxımından, hər bir şəxsin bu prosesdə iştirakı üçün müəyyən bilik və İT texnologiyası ilə bağlı vərdişi olmalıdır ki, həmin şəxsin imtahan nəticələrinə mənfi təsir etməsin. Bütün şəxslər fasiləsiz internetə qoşulmalıdır, bu səbəbdən bu cür onlayn kütləvi imtahanları etmək mümkün deyil. Müxtəlif imtahanları onlayn etmişik, edəcəyik də. Bu 100 nəfərlik bir imtahan deyil ki, əvvəldən hazırlaşsınlar. Hazırda yazı işlərinin yoxlanması üçün ekspertlər də onlayn çalışır. Bu cür imtahanı bütün ölkədə keçirmək üçün gərək əvvəldən dəfələrlə sınaq imtahanı edək. Onlayn imtahana maksimum 10 min adam qoşula bilər, amma 20 min nəfərin qoşulması üçün müəyyən problemlər ola bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar