Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili:“Paşinyan uçuruma yuvarlanır”

Tarix: 18-06-2020 22:26     Baxış: 2624 A- / A+
Millət vəkili:“Paşinyan uçuruma yuvarlanır”


Ermənistanda Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək. Lakin siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın küçə yürüşlərinin səfasını görmüş əhali onun səriştəsizliyindən özünə sərf şəkildə davamlı istifadəyə başlayıb.

Bu barədə Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Baş nazir Nikol Paşinyanın nüfuzunun azalması, axır vaxtlar onun çıxışlarında vurğulanan məsələlər, komandasında baş verən son istefalar da bunun bariz nümunəsidir. Görünən odur ki, iki il əvvəl hakimiyyətə gələn yeni qüvvələr əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Onlar da Ermənistanı xarici yardımların hesabına yaşadırdı, Paşinyan da və s. Onu sələflərindən fərqləndirən yeganə cəhət Dağlıq Qarabağdakı erməni icmasının Ermənistanda hakimiyyətdə olan nümayəndələrinə qarşı mübarizəsidir. Başqa sözlə, “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır. Məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, daha nə vaxtsa artacağı şübhə altındadır. İşğalçı ölkənin ictimai-siyasi həyatında da vəziyyət gərgin olaraq qalmaqdadır.

Xatırlatmaq istərdim ki, iki gün bundan öncə Ermənistan parlamentindəki çoxluq “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə razılıq verib və faktiki olaraq onu deputat toxunulmazlığından məhrum edib. Bununla da fraksiya lideri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Artıq Tsarukyanın həbsinə hazırlıq gedir. Bu fonda “Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki “Tsarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını boykot edərək zaldan çıxıblar. Müxalif deputatlar Tsarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar. Fraksiyanın deputatı Arman Abovyan isə öz çıxışında demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananların siyasi opponentlərin ağzını yummağa çalışdığına görə təəssüfləndiyini diqqətə çatdırıb. Ermənistanın “Vətən” Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan isə Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalaca deyə bildirib. Onun sözlərinə görə, mövcud hakimiyyətin uğursuzluqlarından və məhvolmalarından daha vacib məsələ dağılmış iqtisadiyyatı bərpa etmək, məhv olan təhsil və sosial sistemləri yenidən yaratmaqdır. Yəni Paşinyan tərəfindən məhv edilmiş istənilən sahəni yalnız iradə, idarəetmə qabiliyyəti və düzgün insanların mövcudluğu ilə bərpa etmək mümkündür. Baş verən son hadisələr fonunda Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması və onun öz siyasi baxışlarına görə, daha doğrusu öz fikrini azad şəkildə ifaəd etdiyinə görə məsuliyyətlə cəlb olunması işğalçı ölkədə baş verənlərin siyasi təqib olduğunu bir daha sübut edir.

Beləliklə, görünən odur ki, hazırda bu ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir. Paşinyanın son addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Lakin təəssüflər olsun ki, Qərbin demokratiya institutları – nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. İşğalçı ölkədə bu hadisələr indi bizim ölkədə yaşansaydı Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar çoxdan artıq bizə qarşı təzyiqlərə başlamışdılar. Bu zaman özlərini demkratiya carçısı adlandıranlar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə nail olmaq üçün əllərindən gələni edərdilər. Buna görə də belə qənaətə gələ bilərik ki, özünü demokratiya çətiri altında gizlədənlərin demokratiya fəlsəfəsi “Mənə işləyirsənsə, deməli demokratsan” tezisindən ibarətdir.

Anar Məmmədov, Milli Məclisin deputatı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar