Xəbər lenti
Deputat: “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır
“Ermənistanda Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək. Lakin siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın küçə yürüşlərinin səfasını görmüş əhali onun səriştəsizliyindən özünə sərf şəkildə davamlı istifadəyə başlayıb”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, baş nazir Nikol Paşinyanın nüfuzunun azalması, son vaxtlar onun çıxışlarında vurğulanan məsələlər, komandasında baş verən son istefalar da bunun bariz nümunəsidir. Görünən odur ki, iki il əvvəl hakimiyyətə gələn yeni qüvvələr əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Onlar da Ermənistanı xarici yardımların hesabına yaşadırdı, Paşinyan da və s. Onu sələflərindən fərqləndirən yeganə cəhət Dağlıq Qarabağdakı erməni icmasının Ermənistanda hakimiyyətdə olan nümayəndələrinə qarşı mübarizəsidir. Başqa sözlə, “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır. Məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, daha nə vaxtsa artacağı şübhə altındadır. İşğalçı ölkənin ictimai-siyasi həyatında da vəziyyət gərgin olaraq qalmaqdadır.
“Ermənistan parlamentindəki çoxluq "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə razılıq verib və faktiki olaraq onu deputat toxunulmazlığından məhrum edib. Bununla da fraksiya lideri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Artıq Tsarukyanın həbsinə hazırlıq gedir. Bu fonda "Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki "Tsarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını boykot edərək zaldan çıxıblar. Müxalif deputatlar Tsarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar. Fraksiyanın deputatı Arman Abovyan isə öz çıxışında demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananların siyasi opponentlərin ağzını yummağa çalışdığına görə təəssüfləndiyini diqqətə çatdırıb. Ermənistanın "Vətən” Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan isə Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalaca deyə bildirib. Beləliklə, görünən odur ki, hazırda bu ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir. Paşinyanın son addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Lakin təəssüflər olsun ki, Qərbin demokratiya institutları - nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. İşğalçı ölkədə bu hadisələr indi bizim ölkədə yaşansaydı, Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar çoxdan artıq bizə qarşı təzyiqlərə başlamışdılar. Bu zaman özlərini demkratiya carçısı adlandıranlar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə nail olmaq üçün əllərindən gələni edərdilər. Buna görə də belə qənaətə gələ bilərik ki, özünü demokratiya çətiri altında gizlədənlərin demokratiya fəlsəfəsi “Mənə işləyirsənsə, deməli demokratsan” tezisindən ibarətdir”-deyə, deputat qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar