Xəbər lenti
İran Azərbaycandan yardım istədi - Yeniləndi
İranın İqtisadi İşlər və Maliyyə naziri, İran-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Fərhad Dejpəsənd Azərbaycan Baş nazirinin müavini, komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng edib.
Manevr.az bildirir ki, bu barədə axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Fərhad Dejpəsənd bu telefon danışığı əsnasında koronavirus pandemiyası zamanı Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyməməsini arzulamış və mövcud vəziyyətdə iki ölkə arasında münasibətləri dərinləşdirmək sahəsində göstərdiyi səmimi səylərinə görə Şahin Mustafayevə təşəkkür edib. O ümidvar olduğunu bildirib ki, birgə əməkdaşlıq və qarşılıqlı kömək nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələr genişlənib və güclənib.
İranın İqtisadi İşlər və Maliyyə naziri özünün azərbaycanlı həmkarını İrana səfərə dəvət edib və ümidvar olduğunu bildirib ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-Cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycan Respublikasının giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açmış və problemin həlli üçün Şahin Mustafayevdən kömək istəyib.
Ş.Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirib: “Koronavirus ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb”.
O, həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirib ki, hər bir mövzunu ayrı ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə etmişik və bir-birimizin sıx əməkdaşlığı nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq”.
***
İran İslam Respublikası koronavirus dövründə etdiyi köməklik və əməkdaşlıqlara görə, Azərbaycana təşəkkür edib.
İranın Bakıdakı səfirliyindən verilən məlumata görə, bunu İranın Energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib.
R.Ərdəkanianın sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə ilə əlaqədar maliyyə yardımı edib və koronavirus dövründə İran vətəndaşlarının Azərbaycandan ölkələrinə göndərilməsi və İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən istifadə etməsinə imkan yaradıb.
Ş.Mustafayev bildirib ki, Azərbaycan İranla münasibətlərin hərtərəfli şəkildə inkişaf etdirilməsinə hazırdır.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan üç ölkənin (Azərbaycan, Rusiya və İran) elektrik enerjisinin sinxronlaşdırılması kimi birgə layihələri diqqət mərkəzində saxlayacaq.
Telefon söhbətində iki ölkənin enerji sektorunda birgə layihələrinin icra olunması haqda müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 7 martda verdiyi məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla İrana 5 milyon dollar məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar