Xəbər lenti
Millət vəkili həmkarlarını təbrik etdi:"Siz alqışa, maddi və mənəvi təşəkkürə layiqsiniz"
Xəbər verdiyimiz kimi bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Millət vəkili, ixtisasca pediatr həkim olan Müşfiq Məmmədli bu münasibətlə həmkarlarını təbrik edib.
Manevr.az-ın xəbərinə görə, o qeyd edib ki, tibbi işçilərinin bu fədəkarlığı həm dövlət həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir.
"Bildiyiniz kimi pandemiya dövründə məhz bu sahənin adamları günlərlə, bəzən də aylarla evlərindən uzaq qaldılar. Məlum xəstəliklə mübarizə üçün həm özlərini, həm də ailə üzvlərini riskə ataraq bütün mümkün addımları atdılar"- deyə millət vəkili sözlərinə davam edib:
"Qeyd edim ki, virusla mübarizə zamanı xəstəliyə yoluxan tibb işçilərimiz də oldu. Fikrimcə bu şəxslər bütün müsbət sözlərə, alqışa, maddi və mənəvi təşəkkürə layiqdirlər. Eyni zamanda vurğulamaq istərdim ki, xalq olaraq onlara təşəkkürümüz qaydalara riayət etməyimiz olmalıdır. Mən həm deputat olaraq, həm də tibb işçisi olaraq bildirmək istərdim ki, ölkə prezidenti cənab İlham Əliyevin, I vitse - prezident xanım Mehriban Əliyevanın səhiyyəmizə, onun bütün işçilərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Cənab prezidentin çıxışında insan sağlamlığının onun üçün öndə gəldiyini vurğulaması, həmçinin son müddətdə səhiyyə sisteminin və sənayesinin inkşaf etdirilməsi ilə bağlı atdığı addımlar bu sahənin ən ali instansiyada yüksəkdə durduğunun göstəricisidir.
Öz növbəmdə 17 iyun Azərbaycanda səhiyyə işçiləri günü münasibəti ilə bütün həmkarlarımı təbrik edir, onlara can sağlığı, dünyanı cənginə almış pandemiya dövründə möhkəm iradə, səbr arzulayıram".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar