Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Müxtəlif təbəqələr üçün mənzil şəraiti yaxşılaşdırılır”

Tarix: 16-06-2020 23:12     Baxış: 2208 A- / A+
“Müxtəlif təbəqələr üçün mənzil şəraiti yaxşılaşdırılır”


"Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, təhlükəsizliyi dayanır”

“Azərbaycan dövləti cəmiyyətin müxtəlif təbəqələri üçün mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sosial islahatların həyata keçirilməsini davamlı şəkildə təmin edir”.

Bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Parlament üzvü bildirib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin bir hədəfi də müxtəlif sosial qruplara aid vətəndaşların, o cümlədən aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır:

“Ölkə əhalisinin sayının artması, sürətlənən urbanizasiya və digər amillər bu məsələni daha da aktual edir. Cənab Prezident az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzilə olan tələbinin təmin olunması məsələsini prioritet vəzifə kimi müəyyən edib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür. Hazırda əhalinin mənzil təminatı ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini dövlət dəstəyinə və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil ehtiyaclarının ödənilməsi təşkil edir. Bundan əlavə məcburi köçkünlər, əlillər, müharibə veteranları, şəhid ailələri üçün ünvanlı mənzillərin tikilməsi istiqamətində də mühüm addımlar atılır. Dövlət qarşısında xüsusi xidməti olan şəxslərin - mətbuat işçilərinin, mədəniyyət və incəsənət xadimlərinin, idman sahəsində xüsusi nailiyyətləri olan şəxslərin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi həyata keçirilir. Bura İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ölkə vətəndaşlarına uzunmüddətli ipoteka, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsini, Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına uyğun qiymətə mənzillərin inşasını da aid etmək olar”.

Deputat bəyan edib ki, İpoteka və Kredit zəmanət Fondu sayəsində 29 minə yaxın ailənin ipoteka krediti hesabına mənzil şəraiti yaxşılaşdırılıb:

“Verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarında olub. Belə ki, Fondun ipoteka üzrə minimal faiz dərəcəsi 3,7 faizdən başlayır. Orta faiz dərəcəsi isə 6,4 faiz təşkil edir. Eyni zamanda, 25 yanvar 2019-cu il tarixdə, qısa müddət ərzində ölkə üçün tamamilə yeni bir məhsul, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlanıb əhalinin istifadəsinə verilib.

“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalanıb. Dünya təcrübəsi göstərir ki, bu məhsullar bir-birini tamamlayır.

Satmaq öhdəliyi ilə kirayə münasibətlərini tənzimləyən normativ bazanın hazırlanması, zəruri infrastrukturun yaradılması, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşların ehtiyaclarına uyğun təmirli mənzillərin alınması vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsini təmin edib.

Sevindirici haldır ki, ölkədə tətbiq olunan karantin rejiminə baxmayaraq, qısa müddət ərzində yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb 6 mindən çox vətəndaş müraciət edib. 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzillər təhvil verilib.

Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan dövləti cəmiyyətin müxtəlif təbəqələri üçün mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sosial islahatların həyata keçirilməsini davamlı şəkildə təmin edir və adekvat mexanizmlər yaradır. Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, təhlükəsizliyi dayanır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar