Xəbər lenti
Nazirlər karantinə alındı – Koronavirus təhlükəsi
Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanovda koronavirus infeksiyası – COVID-19 aşkarlanması səbəbindən ölkənin bir sıra nazirliklərinin başçıları özünütəcrid rejiminə keçməyə məcbur olublar.
"RİA Novosti” xəbər verir ki, xüsusilə Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri Maqzum Mirzaqaliyev özünü təcrid etmək məcburiyyətində qalıb.
"Maqzum Maratoviç Səhiyyə naziri ilə əlaqədə olmuş şəxs kimi özünütəcrid vəziyyətindədir. Nazir artıq testdən keçib, nəticə mənfidir, həftənin sonunda yenə testdən keçəcək. Bununla yanaşı o, bütün işgüzar görüşləri, danışıqları onlayn rejimdə aparır”, – deyə nazirliyin sözçüsü Samal İbrayeva agentliyə bildirib.
Qeyd edilir ki, özünütəcrid rejiminə Qazaxıstanın Təhsil və Elm naziri Asxat Aymaqambetov, Kənd Təsərrüfatı naziri Saparxan Omarov və bir sıra digər vəzifəli məmurlar da keçib. Onlar hamısı virusa yoluxmuş Səhiyyə naziri ilə birgə səfərdə olublar.
Bundan əvvəl Qazaxıstanda COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayının 15 192-yə çatdığı açıqlanıb./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar