Xəbər lenti
Qənirə Paşayeva Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfransda iştirak edib
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ADPU-nun Quba filialının təşkilatçılığı ilə keçirilən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş onlayn Elmi-praktik konfransda geniş məruzə ilə çıxış edib.
MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 15 iyun Milli Qurtuluş gününə həsr olunan onlayn konfransda iştirak edib. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfrans universitetin sosial şəbəkə hesablarında canlı yayınlanıb. Millət vəkili Q.Paşayeva universitetin bütün kollektivini Milli Qurtuluş günü münasibətilə təbrik edib, bu günün tariximizdəki önəmli yeri barədə danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışan millət vəkili Qənirə Paşayeva gəncləri yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb. Millət vəkili həmçinin bildirib ki, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarımızdan və hər şeydən üstün tutmalıyıq. Bizim hamımız üçün Azərbaycandan dəyərli heç nə ola bilməz, hamımız ölkəmizin daha da inkişafı üçün daha da çox çalışmalıyıq deyən millət vəkili Qənirə Paşayeva 15 iyun- Milli Qurtuluş gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar