Xəbər lenti
Müstəqilliyimizin qarantı
Tural VƏLİZADƏ,
Qərbi Kaspi Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
1993-cü ilin iyun ayı. Bütün ölkə bir nəfər kimi Gəncə hadisələrinin nəticəsini gözləyirdi. Bir çoxlarının fikrincə Gəncədə baş verən qanlı olay Bakıda qanlı hadisə ilə yekunlaşa bilərdi. Bu anda Heydər Əliyev ölkəni qardaş qırğınından xilas edə bildi. Çünki, xalq ona qeyri-şərtsiz inandı. Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət edilən Heydər Əliyev öz nüfuzu, inandırmaq və diplomat qabiliyyəti ilə daxili qarşıdurma təhlükəsinin önünü alarkən yeni bir təhlükə meydana çıxdı. Bu, Azərbaycanın parçalanması təhlükəsi, bütün cəmiyyətin parçalanması təhlükəsi idi. Bütün Azərbaycan Milli Məclisin sessiyasının televiziyadan canlı yayını sayəsində Heydər Əliyevin bu böhran təhlükəsini necə məharətlə qarşıladığının şahidi oldu.
15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 24 iyunda Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin 3 oktyabrında isə Heydər Əliyev ümumxalq seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçildi.
1993-cü ildə Heydər Əliyevin Bakıya gəlməsi və hakimiyyət başına keçməsi ilə yeni bir dövr başladı. Qarşıdurmaların dayanması və ölkəyə sabitlik gəlməsi ilə başlayan bu yeni proses ölkəyə xaricdən investisiya qapılarını açdı. Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçməsi ilə başlayan iqtisadi addımın nəticələrini bu gün hamı görür.
1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycanda yeni bir siyasi sistem qurdu. Çox çətin şərtlər daxilində yeritdiyi xarici siyasət sayəsində son dərəcə mürəkkəb bir coğrafiyada yerləşən ölkəmizin sabitlik içində investisiyalara davam etməsinə imkan verdi. 12 dekabr 2003-cü il tarixində əbədiyyətə qovuşan Heydər Əliyev özündən sonra qoyduğu əsərlər ilə xalqımızın qəlbində yaşamağa davam edir.
Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi.
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı təməllər üzərində inkişafına davam edən Azərbaycan 10 milyonu keçən əhalisi ilə dünyada öz layiqli yerini tutmaqdadır. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilib. 2012-ci ildə reallaşan Azərbaycanın xarici investisiyalarının miqdarı 22 milyard dollardan çox olmuşdur. Ölkədə 2003-cü ildən bu yana 2500 yeni məktəb və 500-dən çox sağlamlıq kompleksi açılıb. Azərbaycanda insana qoyulan kapital, investisiyalar sürətlənərək davam edir.
Ancaq daha da ediləcək çox şey var. Bunları həyata keçirməyin mümkün olduğunu haradan bilirik? Bilirik, çünki çox çətin şəraitdə mübarizə aparan Heydər Əliyevin uğurları yeni nəsillərə ilham olur. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin adı bu möhtəşəm tablonu tamamlayır.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar