Xəbər lenti
İqbal Ağazadə:"Ola bilər ki, təklifi biz müxalifətin verdiyi üçün qəbul etməyəsiniz"
"Sərt karantin rejimini bu şəkildə tətbiq etməkdənsə, biz sizə bir model təklif edirik. O model üzərində sərt karantin rejimini tətbiq edib həm insanların dincliyinə mane olmazsınız, insanlar əsəb keçirməz, həm də tətbiq edilən karantin rejiminin tələbləri pozulmaz"
Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, cümə günü Reaksiya Tv'nin efirindən Operativ Qərargaha və cənab Baş Nazirə müraciət edib, sərtləşdirilmiş karantin qaydalarını fərqli qaydada həyata keçirilməsini istəyib: "Operativ Qərargahın hörmətli rəhbərliyi, cənab Baş Nazir!
Əvvəla, şənbə və bazar günləri – 2 gün ərzində karantin rejimini sərtləşdirdiyiniz müddətdə ictimai nəqliyyat, parklar, bulvarlar, Bakının mərkəzi meydanları, çimərliklər bağlı olsun, insanların o yerlərdə toplanmağına icazə verilməsin, yalnız mini marketlər, apteklər çalışsın.
Beləliklə də insanların küçəyə çıxışına maneə yaradılmamaqla yanaşı sərbəst toplaşacaqları məkanlar qapalı olacaq və onlar sıx toplaşa bilməyəcəklər. Ona görə də bu şəkildə qərar qəbul etməklə sərt karantin rejimində daha optimal yolları seçə bilərsiniz.
Əgər avtobus, metro, taksilər işləməyəcəksə, ticarət mərkəzləri, parklar, bulvarlar, mərkəzi meydanlar, hipermarketlər, supermarketlər qapalı olacaqsa, insanlar küçədə gəzməyəcək, yaşadıqları binanın qarşısında isə sıxlıq yaratmayacaqlar. Olsa, olsa 3-5 nəfər çıxacaq, o 3-5 nəfər onsuz da hər gün ehtiyacları üçün həyətə çıxırlar.
Bazar ertəsi çıxdı, ya şənbə çıxdı, bunun heç bir fərqi yoxdur. Ona görə də bu təklif ən optimal təklifdir.
Ola bilər ki, bu təklifi biz müxalifətin verdiyi üçün qəbul etməyəsiniz, amma gerçək olan budur. Bu təklifi sərt karantin rejimi kimi dəyərləndirsəniz, tətbiq etsəniz, insanların da bu isti yay günlərində əsəbləri gərilməz, havasız şəkildə dar bina mənzillərində oturmazlar."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar