Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Daşkəsən RİH-dən açıqlama: Baş prokurora müraciət edildi

Tarix: 10-06-2020 17:15     Baxış: 4213 A- / A+
Daşkəsən RİH-dən açıqlama: Baş prokurora müraciət edildi


Daşkəsən Rayon İcra Hakimiyyətin "İcra başçısının "yaylaq biznesi” haqda maraqlı məlumatlar" başlıqlı xəbərə münasibət bildirib.

Manevr.az bildirir ki, qaynarinfo İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin açıqlamasını təqdim edir:

"Bildiririk ki, mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayon Polis şöbəsi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur.

Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra Hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayanlar saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün. Əks təqdirdə bu şaiyələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar