Xəbər lenti
Dünyanın daha bir ölkəsində COVID-19 pandemiyası başa çatır
Belçikada koronavirus epidemiyası iyunun sonuna kimi başa çata bilər.
Bu barədə Azad Brüssel Universitetinin professoru İv Koppiters bildirib.
O, bununla yanaşı, normal həyata qayıtmaq üçün zəruri şərtləri də açıqlayıb. “Epidemiyaya bir dəfəlik və həmişəlik son qoymaq üçün qoruyucu tədbirləri saxlamaq və infeksiyanın yeni ocaqlarını nəzarət altına almaq lazımdır”, - RTBF telekanalının efirində professor deyib.
Bu halda bazar ertəsi Belşikada başlayan karantindən çıxışın üçüncü mərhələsində ehtiyatlılığı saxlamaq tələb olunur.
Koppiters vurğulayıb ki, ölkədə epidemiologiya göstəriciləri yaxşıdır. Virusa yeni yoluxma hallarının sayı hər gün 6-7%, xəstəxanalara yerləşdirilənlərin sayı 3-4% azalır.
İyunun 1-də Belçika şahzadəsi, mayın sonunda İspaniyada koronavirusa yoluxmuş İoahim (Belçika kralı Filippin qardaş oğlu) zəruri karantin tədbirləri qaydalarına riayət etməməsini etiraf edib və cəza çəkməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Monteneqro hakimiyyəti rəsmi olaraq ölkədə koronavirus pandemiyasının başa çatdığını elan edib. Ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv edilib, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanılıb.
Monteneqroda infeksiyaya ümumilikdə 324 yoluxma aşkar edilib, COVID-19-a yoluxmuş 9 pasiyent ölüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar