Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - ŞƏKİL

Tarix: 06-06-2020 19:57     Baxış: 3220 A- / A+
Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - ŞƏKİL


Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçılara Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib və bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1783 nəfərə çatacaq.

Eyni zamanda, sədr öz çıxışında “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli Qanunu ilə vəkillərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizinin xərclər çıxılmaqla, 10 faiz miqdarında müəyyən edilməsinin vəkillik üçün əhəmiyyətindən bəhs edib.

Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması zəruri hesab edilib.

Xüsusilə, hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquq və mənafelərinin müdafiəsi (təmsil edilməsi) baxımından tapşırıq (müqavilə) münasibətləri yaranarkən müştəri tərəfindən vəkilə ödənilməli olan qonorar məbləğinin tam şəkildə və nağdsız qaydada ödənişinin təşkil olunması; Göstərilən hüquqi yardım çərçivəsində müştərilərdən hər hansı məbləğdə nağd qaydada və ya işin dolayı yolla “həlli”nə yönəlmiş “məqsədlər” üçün müştərindən nağd və ya nağdsız qaydada vəsaitin alınmasının (tələb edilməsinin) yolverilməzliyinə hər zaman riayət olunması; Vəkil qurumlarının rəhbərləri tərəfindən vəkillə müştərinin müqavilə münasibətlərində iştirak zamanı müqavilə məbləğlərinin düzgün təsbit olunmasına ciddi surətdə diqqət yetirilməsi; Qanunvericiliklə nəzərdə tutulan ödənişlərin (tutulmaların) vaxtında ödənilməsi; Vəkil tərəfindən göstərilən hüquqi yardıma görə əldə edilən mədaxildən bu fəaliyyət üçün çəkilmiş xərclər (üzvlük haqqı, saxlanma xərcləri, köçürmələr, vəkil köməkçisinə ödənişlər, vəkillik fəaliyyəti ilə əlaqəli və elektron-qaimə faktura ilə təsdiq olunan digər xərclər) çıxıldıqdan sonra qalan fərqdən məcburi dövlət sosial sığorta haqqının və gəlir vergisinin hesablanıb tutulması; Vəkillərin mənafeyi baxımından ədalət prinsipinin təmin edilməsi məqsədilə vəkil qurumlarının saxlanma xərclərinə yenidən baxılmaqla həmin xərclərin məbləğlərinin bütün vəkil qurumlarında müəyyən mənada bərabərləşdirilməsinə nail olunması; Qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə dərhal təxirəsalınmaz preventiv tədbirlərin görülməsi və bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunub.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib.

Daha sonra yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.

Bundan əlavə, iclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib, eləcə də hüquqi yardıma görə vəkil qurumuna (vəkilə) ödənilən haqqın nağdsız qaydada ödənilməsi prosedurları ilə bağlı “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin nümunəvi formasına müvafiq dəyişiklər təsdiq edilib.

İclasda, həmçinin, Azərbaycan vəkilliyinin yubiley tədbirləri çərçivəsində keçirilən foto və ədəbi müsabiqələrin qalibləri elan olunub. Fotomüsabiqə üzrə birinci yerə vəkil Asif Abdullayev, ikinci yerə vəkil Nurlana Məmmədova, üçüncü yerə vəkil Arslan Mikayılov, ədəbi müsabiqə üzrə isə birinci yerə Şair Abduləzizli, ikinci yerə vəkil Xəlil Məmmədli, üçüncü yerə vəkil Xədicə Bayramlı layiq görülüblər.

Müsabiqələrin qalibləri, müvafiq olaraq birinci yer üçün 300 manat, ikinci yer üçün 200 manat, üçüncü yer üçün isə 100 manat məbləğində pul mükafatı və diplomlarla ilə təltif olunublar.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar