Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərt karantin rejimində nəzarət ən çox harada olacaq? - RƏSMİ CAVAB

Tarix: 05-06-2020 18:06     Baxış: 4363 A- / A+
Sərt karantin rejimində nəzarət ən çox harada olacaq? - RƏSMİ CAVAB


Şənbə və bazar günləri Bakı və digər bir neçə böyük şəhərdə sərt karantin rejimi tətbiq olunacaq. Bu dəfə əvvəlkindən fərqli olaraq, supermarketlər də fəaliyyət göstərməyəcək. Hətta apteklərin də növbəli işləyəcəyi gözlənilir.

Yenidən sərtləşən karantin rejimi çərçivəsində qaydaları pozan vətəndaşlar nə cür cəzalandırılacaq? Nəzarət tədbirləri daha çox hansı yerlərdə həyata keçiriləcək?

Manevr.az
-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən Lent.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qaydaları pozanlar əvvəlki qaydada yazılan protokol əsasında cərimə olunacaqlar:

“Həftəsonu əvvəlki qaydada olduğu kimi, polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri sərt karantin qaydalarının qorunub saxlanmasına nəzarət edəcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu bütün yerlərdə, istər mərkəzi, istərsə də, məhəllələrdə nəzarət tədbirləri həyata keçiriləcək.

Tətbiq olunan karantin qaydalarını pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimə olunacaqlar”.

Xatırladaq ki, dünən baş nazir Əli Əsədov əhaliyə müraciət edib. Müraciətdə qeyd olunub ki, ölkədə koronavirusa yoluxma hallarının artmasına görə, iyunun 6-ı saat 0:00-dan, iyunun 8-i səhər saat 8:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində və Abşeron rayonunda sərbəst hərəkət məhdudlaşdırılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar