Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Təəssüf ki, cəmiyyətimizdə qaragüruh qüvvələrin populist, məsuliyyətsiz çıxışları müsbət qarşılanır" — Deputat

Tarix: 01-06-2020 20:13     Baxış: 4232 A- / A+
Təəssüf ki, cəmiyyətimizdə qaragüruh qüvvələrin populist, məsuliyyətsiz çıxışları müsbət qarşılanır" — Deputat


"Çox təəssüflər olsun ki. bu gün cəmiyyətimizdə qaragüruh qüvvələrin populist, məsuliyyətsiz çıxışları və fikirləri müsbət qarşılanır".


Manevr.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məcliisn növbədənkənar sessiyasına çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə Şuşa və Xudafərin məsələsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır.

“Araz çayı üzərində “Xudafərin” su anbarının tikintisi ilə bağlı İranla imzalanan müqavilənin imzalanmasına görə, hökumətlə yanaşı, həmin müqaviləni Milli Məclisdə ratifikasiya edib, ona şərait yaratdığı üçün deputatlar da ittiham olunmaqdadır. Bu məsələdə Qarabağdan seçilən deputatlar da ittiham olunur. Dünən parlamentdə Şuşa məsələsi müzakirə olundu və burada səslənən fikirlərə görə təəssüf edirəm. Bu gün cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi işlər görməkdədir. Dövlət bu istiqamətdə lazımi addımlar atır. Amma buna baxmayaraq, qaragüruhun populist və məsuliyyətsiz çıxışları və fikirləri müsbət qarşılanır. Cəmiyyətdə belə bir fikir formalaşır ki, biz bu məsələlərə biganəyik. Ancaq biz mütəmadi olaraq bu məsələlərə bağlı çıxışlar edirik”- deputat qeyd edib.

O, əlavə edib ki, dövlətin müvafiq qurumları məsələlərlə bağlı bəyanatlar verir: “Ancaq belə görünür ki, daha fərqli addımlaırn atılmasına ehtiyac var. Çünki nə qədər işlər görülsə də, bu işlərə kölgə salmağa çalışırlar”./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar