Xəbər lenti
Ərəstun Oruclu millət vəkili Vahid Əhmədova dəstək verdi: “Bəzən sözün düzünü deməyin qarşılığı belə olur”
“Millət vəkili Vahid Əhmədovun Şuşada keçirilən inauqurasiya ilə bağlı dedikləri nə populizmdir, nə də deputatları regionlara bölmək”.
Manevr.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, V.Əhmədov ölkənin ən ciddi problemlərini səsləndirməkdən çəkinməyən azsaylı millət vəkillərindəndir: “O, vaxtilə Qubada yaranan qarşıdurmanın aradan qaldırılmasında da öndə olub. Bu isə nəinki populizm deyil, əksinə, məsuliyyət, cəsarət və seçicilərinin səsini, etimadını qazanmış olduğuna əminlik deməkdir. Onun Qarabağdan olan deputatlara da iradı tamamilə haqlıdır. Torpaqların işğalı nəticəsində yurdundan didərgin düşmüş, evini, əmlakını itirmiş insanların təmsilçısı olduğunu iddia edənlər birinci elə öz seçicilərinin maraqlarını, qayğılarını səsləndirməlidilər, üstəlik də əgər bunlar ümumilli məsələlərdirsə... Amma təəssüf ki, nə seçicilər, nə də ölkə ictimaiyyatı bunu görmədi. Odur ki, Vahid Əhmədova olan hücumlar da anlaşılandır, çünki bəzən sözün düzünü deməyin qarşılığı belə olur”.
Ə.Oruclu V.Əhmədovun çıxışına cavab olaraq Müdafiə Nazirliyinin yaydığı bəyanata da toxundu. O, bəyanatda deyilən “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanununun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir" iddiasını şərh etdi: “İşğala məruz qalmış ölkənin kiməsə müharibə elan eləməyə ehtiyacı yoxdur, işğal faktnın özü artıq elan olunmamış müharibədir və işğalçıya qarşı da adekvat addımlar istənilən vaxt atıla bilər. Yoxsa həmin "məntiqlə" sabah Ermənistan qoşunları işğalı davam etdirəcəksə, Müdafiə Nazirliyi oturub, Milli Məclisdən qərar gözləməlidir? Vahid Əhmədovun müdafiə nazirinin və Baş Qərərgah rəisinin dövlət dilini bilməməsilə bağlı söylədikləri də təəssüf ki, acı həqiqətdir. Baş Qərargah rəisi dövlət dilini nəinki bilmir, belə görünür ki, onu açıq şəkildə inkar edir. Elə olmasaydı, 30 ildə bu dili öyrənərdi və ona gətirilən sənədləri geriyə qaytarıb, onların rus dilinə tərcümə olunmasını tələb eləməzdi”.
Ə.Oruclu dedi ki, Milli Məclisin bəzi üzvlərinin ölkə üçün həyati əhəmiyyətli məsələləri müzakirə eləməkdənsə, onları gündəmə gətirən millət vəkilini hədəfə almasının isə heç bir şərhə ehtiyac yoxdur. Onun fikrincə, bu, yalnız dərin təəssüf hissi doğura bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar