Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa qarşı vaksinlər insanlar üzərində yoxlanır

Tarix: 30-05-2020 22:42     Baxış: 4256 A- / A+
Koronavirusa qarşı vaksinlər insanlar üzərində yoxlanır


"Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb".

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib: "Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək".

ÜST nümayəndəsi, həmçinin deyib ki, Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur: "Hamı əl gigiyena, respirator gigiyena və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq. Hazırda şimal yarımkürəsində yay ayları yaxınlaşır, havalar qızır. Buna baxmayaraq, Azərbaycanda koronavirusa yoluxma artır".

H. Harmancı deyib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb: "Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümün virus üzərində təsiri olmadığını düşünürük. Ona görə qaydalara əməl etməliyik".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar