Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Ramillə bağlı bu səhvi etdi - Cəfəroğlu

Tarix: 29-05-2020 18:10     Baxış: 4250 A- / A+
Məhkəmə Ramillə bağlı bu səhvi etdi - Cəfəroğlu

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı qərəzlidir. Çünki o məhkəmə Ramil Səfərovdan əvvəl, Xocalıda soyqırım törədən və hələ də azadlıqda olan Zori Balayan, Serj Sərkisyan və başqa erməniləri cəzalandırmalıdır.

Manevr.az xəbər verir ki, bu u sözləri axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropa İnsan Haqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı haqda danışarkən deyib.

O qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi erməni zabitinin öldürülməsini araşdırmaqdansa, Xocalıda uşaqların, hamilə qadınların, qocaların xüsusi amansızlıqla öldürülməsini araşdırmalıdır:

“26 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Bir milyondan çox vətəndaşımız öz torpaqlarından zorla çıxarılıb. Xocalıda, Laçında, Şuşada baş verən kütləvi qırğınlar bu gün də unudulmayıb. Xocalıda baş verən soyqırım isə tarixdə misli görünməmiş bir hadisədir. Xocalıda uşaqlar, qocalar, qadınlar xüsusi amansızlıqla öldürülüb. Ermənilərin Xocalıda və digər Azərbaycan rayonlarında törətdiyi qırğınlarla bağlı video-materiallar, dəlillər, sübutlar var. Bu gün öz torpaqlarından didərgin düşən azərbaycanlıların azı bir qohumu, ailə üzvü erməni vəhşiliyinin qurbanı olub. Avropa İnsan Haqları Məhkəməsi bu gün bu məsələləri araşdırıb, hüquqi qiymət verməlidir”.

N.Cəfəroğlu qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qəbul etdiyi qərarda çox ciddi hüquqi səhvlər var:

“Birincisi, R.Səfərov NATO proqramı çərçivəsində Macarıstana, hərbi təkmilləşmə kursuna göndərilmişdi. Bu proqram çərçivəsində göndərilən hərbçilər xüsusi seçilir və ilk növbədə, onların psixoloji vəziyyətləri yoxlanılır. Ramil Səfərov da, öldürülən erməni zabiti də həm öz ölkələrində, həm də NATO proqramı çərçivəsində psixoloji yoxlanışdan keçib. Əgər Ramil Səfərov hansısa bir insana xəsarət yetirəcək psixoloji vəziyyətdə idisə, nə üçün NATO proqramı çərçivəsində kurslara cəlb olunmuşdu? Digər bir nüans isə öldürülən erməni zabiti ilə bağlıdır. Onun ölümündə günahkar ilk növbədə özü, daha sonra isə Ermənistan rəhbərliyidir. Çünki belə bir psixoloji vəziyyətli şəxsi NATO proqramına göndərmək təkcə Ramil Səfərovla deyil, başqa bir zabitlə də bənzər problemin yaşanmasına gətirib çıxara bilərdi. Ramil Səfərovun əməli bir insanı cinayətə vadar etmə həddinə gətirmə olaraq qiymətləndirilməlidir”.

Qeyd edək ki, 26 may 2020-ci ildə Avropa Məhkəməsi Markaryan ailəsinin iddiası əsasında qərar elan edib. Qərarda Markaryan ailəsinin Azərbaycan və Macarıstan dövlətinin üzərinə öhdəlik qoymaqla bağlı tələblərindən imtina edilib. Buna baxmayaraq, R.Səfərovun ekstradisiyası və əfvi məsələsində beynəlxalq hüququn pozulması hallarının baş verdiyi qeyd edilib. Azərbaycana yalnız vəkil xərci olaraq qarşı tərəfə 15 min avro ödəmək məsuliyyəti qoyulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar