Xəbər lenti
Dövlət vətəndaş həmrəyliyinə töhfə: kölgədən işiğa doğru
Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri
Hələ lap qədim zamanlardan ədalətli başçı, hökümdar sevdası cəmiyyətin başlıca arzu və istəyi olmuş və insanlar bu arzunu müxtəlif üsullarla gerçəkləşdirməyə çalışmışlar. Tarixin müxtəlif dönəmlərində cəmiyyətdə seçim müxtəlif formalarda həyata keçirimiş, hətta zamanında məmləkətin başçısını göyərçin uçurtmaqla seçmək təcrübəsi də mövcud olmuşdu. Cəmiyyət inkişaf etdikcə, insan münasibətləri formalaşdıqca, demokratik dəyərlər təşəkkül tapdıqca hökmdar seçmək həmişə aktual olaraq qalmışdır. İndiki inkişaf etmiş dünyada ölkə başçısı seçmək həmin ölkələrin əsas qanunlarında öz əksini tapmış və seçki hər bir ölkənin, eləcə də həmin ölkədə yaşayan xalqların taleyi üçün müstəsna əhəmiyyət kəsb etmişdir.
Çünki istənilən bir ölkədə hakimiyyətin mənbəyi xalqdır. Xalqın seçdiyi başçıdan və nümayəndələrdən başqa heç kəs xalqı təmsil etmək səlahiyyəti yoxdur. Bu baxımdan xalqın seçdiyi, səlahiyyət verdiyi dövlət başçısı həmin xalqı təmsil edir, onun vahidliyini təcəssüm edir. Xalqın, həmin dövlətin vətəndaşlarının həyatının və varlığının təminatçısı kimi çıxış edir. Bu mənada bizim dövlətimiz də istisna təşkil etmir və Azərbaycanda tarixin bütün dönəmlərində, xüsusilə 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra dövlət başçısını seçmək prosesi aktual olmuşdur.
Müstəqilliyimizin ilk illərində ölkəmizdə dövlət başçısı seçmək prosesində problemlər yaşansa da, 1993-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində xalq öz düzgün seçimini etmiş, ölkə öz tərəqqi yoluna qədəm qoymuş, dövlət-vətəndaş həmrəyliyi bərqərar olmağa başlamışdır. Azərbaycanda dövlət vətəndaş həmrəyliyinin müasir tarixi Ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və biz əgər 1993-2003-cü illərə kiçik bir səyahət etsək Ümmilli liderin dövlət və vətəndaş həmrəyliyi sahəsində müstəsna xidmətlərinin şahidi olarıq. Bu da bir tarixi faktdır ki, Ulu öndərimiz Heydər Əliyevin müasir Müstəqil Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən biri də siyasətdə varislik məsələsinin həlli ilə bağlıdır. 2003-cü ildə Ümmilli liderimizin xalqa etdiyi müraciəti və bu müraciət əsasında siyasi varisin müəyyənləşdirilməsi Azərbaycan dövləti ilə onun xalqı, vətəndaşı arasında həmrəyliyin yeni mərhələsinin əsasını təşkil edir.
"Varislik dedikdə heç də hakimiyyətin irsi olaraq ötürülməsi kimi başa düşülməməlidir. Məsələnin mahiyyəti ölkənin və dövlətin sabit, dinamik, inkişafının, siyasi, hüquqi və mənəvi varisliyin, dünya inkişafının müsbət tendensiyalarına uyğun proseslərin təkamül yolu ilə davam etdirilməsi xəttinin
qorunmasından ibarətdir. Siyasi varisliyin uğurlu formulu, əslində reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsi prinsipinə əsaslanır”. (Hüseynbala Mirələmov) 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərinin nəticələri cəmiyyətin mütləq əksəriyyətinin, mənafeyini təmin edən Ümumilli liderimiz Heydər Əliyevin varislik ideyasının gərçəkləşməsinin təntənəsi idi. Həmin tarix Azərbaycanda Ümumilli liderimiz Heydər Əliyevdən sonrakı dövrdə, əsasında Ulu öndərin inkişaf strategiyası dayanan dövlət-xalq, dövlət-vətəndaş həmrəyliyinin yeni mərhələsinin başlanğıcı idi. Ötən 17 il sübut etdi ki, bu illər ərzində keçirilən dörd Prezident seçkisində xalq öz seçimində yanılmadı... Tarix sübut edir ki, xalq düzgün seçim edəndə dövlət başçısı daha güclü, daha qüdrətli, vətəndaş isə daha inamlı olur. Dövlət başçısı öz xalqına, xalq isə dövlət başçısına güvənir. Xalqla- hakimiyyətin birliyi, həmrəyliyi bütün uğurların əsasını təşkil edir.
Ölkədə ictimai-siyasi sabitliyin mənbəyi bu birlikdən asılı olur. Qürurla demək olar ki, ötən bu illər ərzində ölkə başçısı apardığı öz daxili və xarici siyasətilə xalqına xidmət edir. "Mən hər bir vətəndaşın Prezidentiyəm” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin başlıca məqsədi xalqına, vətəninə, dövlətinə xidmət etməkdən ibarətdir. Azərbaycanda ötən 17 ildə əldə edilən uğurların, nailiyyətlərin kökündə bu forumla dayanır. Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində onun sözü ilə əməli fəaliyyətin vəhdəti dayanır., dövlət-vətəndaş həmrəyliyi dayanır. Belə olduqda ölkə rəhbəri ölkəyə daha inamla rəhbərlik edir, daha uğurlu islahatlar aparır və fəaliyyətlər daha uğurlu nəticələr verir.
Ötən 17 il beləcə tarixə qovuşmuşdur. Bu illər ərzində ölkə müqayisəyə gəlməz dərəcədə inkişaf etmiş, iqtisadiyyatımız 3,4 dəfə,sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə,xarici ticarət dövriyyəsi 6,4 dəfə,ixrac 7,6 dəfə artmış,valyuta ehtiyyatı 27 dəfə ataraq 52 mlrd manat təşkil etmişdir.Ölkədə işsizlik 49%-dən 5 faizə, yoxsulluq 50%-dən 4,8 %-ə düşmüş, 2 milyondan çox yeni iş yeri yaradılmış, minlərlə sosial obyekt istifadəyə verilmiş, əhalinin nominal gəlirləri 8,6 dəfə,minimum əmək haqqı 12,9 dəfə,büdcə gəlirləri 13,5 dəfə artmışdır. 2018-ci ilin aprelində keçirilən seçkilərdən sonra cənab Prezident islahatların davam edəcəyini, dərinləşəcəyini, korrupsiyaya qarşı daha qətiyyətli mübarizə aparılacağını bəyan etmişdi. İndi bu islahatlar daha əzmlə, daha qətiyyətlə, aparılmaqdadır. Aparılan islahatlar həm konseptual, həm struktur xarakterləri daşıyır,
köklü kadr islahatları aparılır. Korrupsiyaya qarşı qətiyyətli, amansız və sistemli mübarizə həm institusional, xarakter daşıyır, həm də inzibati yollarla aparılır. Ölkə başçısı bəyan etmişdir: "Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır”... Bu prinsiplər xalq tərəfinədən bəyənilir, böyük dəstək alır. Azərbaycan vətəndaşı öz dövlətinə,dövlət başçısına inanır, güvəni daha da artır.
Son aylar bütün dünyanı bürüyən Koronavirus Pandemiyası Azərbaycandan da yan keçmədi. Lakin elə pandemiyanın elan olunmasının ilk günündən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan qabaqlayıcı və düşünülmüş tədbirlər, pandemiyanın fəsadlarının maksimum dərəcədə azaldılmasına şərait yaratdı. İstər ölkə daxilində yaşayan vətəndaşlarımız, istərsə də ölkə xaricində yaşayan soydaşlarımız xarici ölkələrdəki vəziyyəti Azərbaycanla müqayisə edərək, əmin oldular ki, bizim Prezidentimizin və hökumətimizin gördüyü tədbirlər daha etibarlıdır, zaman etibarı ilə vaxtında görülmüş, mükəmməl təşkil edilmişdir. Pandemiyanın tüğyan etdiyi zamanda bütün məsələlərlə bağlı Azərbaycanda yaşamaq daha təhlükəsiz, daha etibarlı, daha rahat idi, bütün həyat əhəmiyyətli mallara, xidmətlərə əlçatanlıq təmin edilmişdi. Vətəndaşların pandemiya dövründə zəruri məsələlərlə əlaqədar hərəkəti üçün mükəmməl icazə sistemi təşkil edilib, hərəkətinə icazə verilən əhalinin təhlükəsiz və rahat hərəkəti üçün hər cür şərait yaradılıb. Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrin pandemiya dövründə problemlərinin həlli üçün dövlət tərəfindən kompleks tədbirlər görülür. Bu məqsədlə pandemiyadan zərər çəkən bütün əhali qruplarına, həçinin sahibkarlara müvafiq maliyyə dəstəyi göstərilir və hər şey dövlətin nəzarəti altında həyata keçirilir. Ölkədə "Heydər Əliyev Fondu”nun, müxtəlif xeyriyyəçi təşkilatların, sahibkarların, ayrı-ayrı xeyriyyəçi şəxslərin müxtəlif xeyriyyə aksiyaları kütləvi xarakter aldı. İnsanlar vəziyyəti ağır olan qohumlarına, qonşularına, ehtiyacı olanlara yardımlarını əsirgəmədilər. Və tarix sübut etdi ki, "Biz birlikdə daha güclüyük”. Pandemiya dövründə "ASAN", "Regionların inkişafı ictimai birliyi", "Kənd Təsərrüfatı", "YAP" könüllülərinin yaşı 65-dən yuxarı olan tənha-ahıl vətəndaşlara göstərdiyi xidmətlər vüsət almışdı.
Daha bir qürurverici məqam ölkəmizin Prezidenti hər zaman olduğu kimi pandemiya dövründə də qlobal təşəbbüslərlə çıxış etdi. Azərbaycanın sədrlik etdiyi 2 beynəlxalq təşkilatın rəhbərlərinin videokonfransını keçirərək Azərbaycanda pandemiya ilə əlaqədar görülən tədbirlər barədə məlumat verməklə, həm də dünyanın bir çox ölkələrinə Azərbaycan təcrübəsindən yararlanmağı təklif etdi. Eyni zamanda pandemiya ilə əlaqədar ölkəmiz dünyanın 13 dövlətinə və 3 beynəlxalq təşkilatına yardımlar göstərdi. Bütün bu deyilənlər Azərbaycanın gücünün, qüdrətinin, eləcə də Azərbaycan Respublikası Prezidentinin iradəsinin, bacarığının, qabiliyyətinin nümayişi idi. Ölkəmiz uğurla inkişaf edir. Ölkə rəhbəri cənab İlham Əliyev xalqın iradəsinə, istəyinə, arzusuna cavab verən qətiyyətli, düşünülmüş, prinsipial, sistemli islahatlar aparmaqdadır. Azərbaycan yeni bir dövrə qədəm qoyub. Kölgədən işığa doğru aparılan siyasət dövlət-vətəndaş həmrəyliyinə yeni-yeni töhfələr verməkdədir. Aparılan islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. Bununla bele indiyədək islahatlara ən az məruz qalan sahə fikrimcə Mənzil Komunal təsərrüfatı sektorudur. Əhalinin ən çox təmasda olduğu bu sektorda da düşünürəm ki, kölgədən işığa doğru islahatların sürətləndirilməsinə ehtiyac vardır.
İstər Bakı şəhərində istərsə də ölkənin digər şəhərlərində hazırda istismarda olan çoxmənzilli yaşayış binaları 30-80 ildir ki, istismar olunur. Son illər Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Prezidentin ehtiyat fondundan bu məqsəd üçün vəsait ayrılsa da həmin vəsaitlər əsasən binaların xarici görkəminin yenilənməsinə yönəldilmiş və əslində binalar bərpa olunmamışdır.
Sovet dönəmində tikilmiş Mənzil-tikinti kooperativləri və hazırda inşa edilən yeni hündürmərtəbəli (novostroyka) binalar istisna olmaqla, qalan bütün çoxmənzilli binalarda sovet idarəetmə üsulu (MKİS-lər və MKTB-lər vasitəsilə) qalmaqdadır.
Mənzil kirayəsi tarifləri son 30 il ərzində dəyişməmişdir və hər kvadrat metr mənzil sahəsinə görə 1,5-2 qəpik təşkil edir. Bu səbəbdən MKİS-lər daim vəsait çatışmazlığından əziyyət çəkir.
2009-cu ildə ölkədə yeni Mənzil Məcəlləsi qüvvəyə minmişdir. Yeni Məcəlləyə əsasən, çoxmənzilli binalarda ümumi istifadə yerləri, qurğuları və sahələri artıq binadakı mənzil mülkiyyətçilərinə məxsusdur. Bununla yanaşı,
həmin ümumistifadə yerlərinin sahə mülkiyyətçilərinə verilmə mexanizmi müəyyən edilməmişdir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, çoxmənzilli binalarda (həm də inzibati binalarda) aparılan islahatların çox mühüm komponenti binalarda enerjiyə qənaət və enerji səmərəliliyi məsələsidir.
Müasir dünyanın diqqət ayırdığı çox mühüm məqam həm də enerjiyə qənaətlə əlaqədardır.Təxmini hesablamalara görə ölkədə istehlak ounan elektrik enerjisinin təxminən 50-55% mənzil sektorunda istehlak olunur və binaların texniki nasazlıqları üzündən bu enerjinin 20-25 %-i itkiyə məruz qalır.
Aparılmış araşdırmalar, öyrənilmiş təcrübələr göstərir ki, çoxmənzilli binalada mənzil idarəçiliyini yaxşılaşdırmaq,mənzil sektorunda enerli itkisinin qarşısını almaq,mənzil fondunun keyfiyyətli saxlanmasını təmin etmək,bu prosesdə əhalinin fəal iştirakını təmin etmək məqsədilə çoxmənzilli binaların idarə edilməsinin yeni formalarının tətbiqini sürətləndirmək zəruridir.
Yeni idarəçilik metodlarının tətbiqi ilə əılaqədar isə bir çox problemlər mövcuddur. Belə ki, əhali yeni idarəetmə prosesinə qoşulmağa maraq göstərmir; yeni idarəetmə üsuluna keçidin qiymət artımına gətirib çıxaracağı ilə bağlı fikirlər mövcuddur; cəmiyyətdə MİS-lərin alternativi olmayan qurum olması fikirləri mövcuddur; MKİS-lər tərəfindən simvolik mənzil haqlarının yığılması əhalinin fərqli xidmətə marağını azaldır; əhali idarəetmə məsuliyyətini üzərinə götürmək istəmir; mənzil haqqlarının yığıla bilməsi ilə bağlı narahatçılıq mövcuddur; mənzil fondunun əksər{PAGEBREAK hissəsi köhnəlmişdir; Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin (MMMC) əmlak məsələləri ilə bağlı problemlər həll edilməyib; binaların yerləşdikləri torpaq sahəsinin mənzil-mülkiyyətçilərinə verilməsi müəyyənləşdirilməyib; binanın ümumi əmlakının saxlanması, cari və əsaslı təmirinə ödənilən xərclərin tariflərinin müəyyənləşdirilməsi və mənzillərin özəlləşdirilməsi məsələsi başa çatmayıb.
İndiyədək əldə edilmiş təcrübəni, aparılmış araşdrımaları və öyrənilmiş xarici təcrübəni nəzərə alaraq ölkənin mənzil sektorunda köklü islahatların aparılmasını və bununla əlaqədar xüsusi Dövlət Proqramının hazırlanmasını səruri hesab edir və Proqramda yuxarıda sadalanan problemlərinin öz əksini tapmasını təklif edirəm.
Bunun üçün ilk növbədə bütün Şəhər və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərində kommunal sahələrə xidmət edən sahələrin mənzil təsərrüaftına xidmət edən sahələrdən ayrılmasını və mənzil sektorunda ləngimədən islahatlara başlanılmasını (özəlləşdiriməsi, idarəetməyə verilməsi, bələdiyyələrin idarəetməsinə verilməsi və s.) təklif olunur.
Düşünürəm ki, ölkədə aparılan islahatlar prosesinin tərkib hissəsi kimi mənzil sektorunda da islahatlara başlanması kölgədən işığa doğru yeni bir addım, dövlət vətəndaş həmrəyliyinə yeni bir töhfə olardı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar