Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İranın Qarabağ aktivliyi: nə baş verir? – Şərh

Tarix: 23-05-2020 10:47     Baxış: 4176 A- / A+
İranın Qarabağ aktivliyi: nə baş verir? – Şərh

Paşinyan hakimiyyətinin İsraildə səfirlik açmaq istəyi və qərbmeyilli siyasət aparması İranın maraqlarına ziddir. Buna görə də İran son günlər Qarabağla bağlı mövqeyini dəqiqləşdirməklə əslində İrəvana mesaj verir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov son günlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin aktivləşməsi, ard-arda bəyanatlar verməsi və bu bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini xüsusi vurğu ilə elan etməsini şərh edərkən deyib.

O bildirib ki, son aylar İranın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur:

“Hətta bununla bağlı dəfələrlə həmsədrlik fəaliyyəti belə təklif olunub. Əslində, bu gün İranın Dağlıq Qarabağ münaqişəsinə maraq göstərməsi və son bəyanatlarda bu mövzunu aktuallaşdırması təbiidir. Bu, Ermənistanın qərbyönlü siyasətində İranın manevri kimi qiymətləndirilə bilər”.

Politoloq qeyd edib ki, bu gün İsrail-Azərbaycan münasibətləri Ermənistanın regionda işğalçı siyasətinə ciddi maneə törədir:

“Məhz bu səbəbdən Ermənistan hakimiyyəti İsraillə münasibətlərin inkişaf etdirilməsində son illər səyləri artırıb. Təsadüfi deyil ki, hətta İsraildə səfirliyin təsis edilməsi də gündəmdədir. Təbii ki, bu məsələ Azərbaycanı da narahat edir. Çünki İsrail Azərbaycanın strateji müttəfiqləri sırasındadır. Ermənistanın İsraildə səfirlik açması öz növbəsində İranın da maraqlarına ziddir. Ehtimal ki, bu səfirlik Qüdsdə açılacaq. Bu da İranın razılaşa bilməyəcəyi bir məsələdir. Digər tərəfdən, Ermənistan-İsrail münasibətlərinin qurulması İsrailin İranın şimal çıxışını bağlaması deməkdir. Buna görə də İran bu proseslərə biganə qala bilməz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar