Xəbər lenti
Yeni Baş prokuror bütün köməkçilərini işdən çıxarıb - Üçü məşhur simaların övladlarıdır
Yeni Baş prokuror Kamran Əliyev bütün köməkçilərini - Namiq Əsgərov, Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib.
İşdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxlərin övladlarıdır.
Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.
Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra belə qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.
Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə "Embawood" şirkətinin sahiblərindən biridir.
Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi. bakupost
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar