Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"un “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub -ŞƏKİLLƏR

Tarix: 15-05-2020 18:27     Baxış: 3360 A- / A+
"Qaçqınkom"un “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov, Mənzil-istismar departamentinin direktoru Səbuhi Əhmədov, Repatriasiya departamentinin direktoru Natiq Hüseynov iştirak ediblər. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimində Dövlət Komitəsinin işinin təşkili, ölkə rəhbərinin qarşıya qoyduğu vacib və təxirəsalınmaz vəzifələrin icrası vəziyyəti barədə sosial şəbəkə istifadəçilərinə ətraflı məlumat verilib. Canlı yayımın iştirakçıları vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların bir çoxunun suallarını dərhal cavablandırıblar. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətləri üstünlük təşkil edib. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.

Facebook sosial şəbəkəsi, öz ənənəsinə uyğun olaraq, canlı yayımı Dövlət Komitəsinin rəsmi səhifəsində arxivləşdirib. Şəbəkə istifadəçilərinin həmin səhifədə “Virtual qəbul otağı”nda indiyədək keçirilmiş bütün canlı yayımların videosunu izləmək, onun rəy bölməsinə yazılanlarla tanış olmaq imkanı vardır.

Xüsusi karantin rejimi müddətində komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan canlı yayım davam etdiriləcək. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə qurub. Hər həftənin çərşənbə axşamı Dövlət Komitəsinin sədri, digər iş günlərində sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri, departament direktorları vətəndaşların qəbulunu onlayn - videoqəbul formatında keçirirlər.


Manevr.az


"Qaçqınkom"un “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
"Qaçqınkom"un “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar