Xəbər lenti
Bu müəssisələrdə kütləvi yoluxma aşkarlandı - TƏBİB
Ölkəmizdə icra edilən test sayı yoluxma hallarının sayı baxımından optimaldır və səhiyyə göstəriciləri baxımından adekvatdır.
Manevr.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
"Bu günə qədər icra olunan testlərin 1,3 faizində pozitiv hallar qeydə alınıb. Xaricdən ölkəyə qayıdan vətəndaşlarla təmasda olanlar üçün testlərin aparılması nəzərdə tutulur. Eyni zamanda həkimlər, xəstələrlə təmasda olan şəxslərlə testlərin aparılması nəzərdə tutulur ki, bu da gündəlik test sayının 4 minə çatırılması deməkdir".
O əlavə edib ki, ən çox təhlükə görülən yerlər biznes mərkəzləri, insanların kütləvi toplaşdığı iş yerləridir:
"Təklif edirəm ki, bu yerlərdə liftlərin istifadəsi dayandırılsın. Müəssisələrdə koronavirusla mübarizə qaydalarına riayət olunsun.
Bakı Tikiş Evində 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Eyni zamanda "Baku Still Company" şirkətində 58 yoluxma faktı aşkarlanıb. Həbsxanalarımızda yoluxma halları müşahidə olunub, bununla bağlı Ədliyyə Nazirliyi və TƏBİB-in müvafiq strukturları müalicə üçün cəlb edilib. Bu günədək həbsxanalarda 46 yoluxma faktı qeydə alınıb".
O bildirib ki,i yoluxma hallarının yüksək olması hüququ şəxslərin məsuliyyət daşıdığının göstəricisidir:
"Hüquqi şəxslər qaydalara riayət etməməklə cinayət məsuliyyəti daşıyırlar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar