Xəbər lenti
Mübariz Mənsimov həbsdə olsa da aztəminatlı ailələri unutmadı - "Palmali"dən sovqat alacaqlar
"Mübariz Mənsimov unutmur... Sizi unutmur... Heç vaxt. Harada olmasından, iztirablar içində olub-olmamasından, ağrılarının şiddətindən asılı olmayaraq. Hər gün, hər saat, hər saniyə onun beynində, qəlbindəsiniz. Müqəddəs Ramazan ayını Mübariz bəy həmişə Sizinlə birlikdə keçirər, Ramazan bayramını birlikdə qeyd edərdi".
Manevr.az bildirir ki, bu sözləri "Palmali" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva deyib. O qeyd edib ki, şirkətin prezidenti Mübariz Mənsimov həbsdə olmasına baxmayaraq, hər ilki ənənəsinə sadiq qalaraq aztəminatlı ailələrə "Palmali" sovqatı verilməsi üçün göstəriş verib:
"Ötən il “Palmali Şirkətlər Qrupu”nun təşəbbüsü və dəstəyi ilə 500 nəfərə yaxın İstanbulda təhsil alan azərbaycanlı tələbə, müəllim və həkimlər bir araya gəlib bərabər iftar süfrəsində iştirak etdilər. Mübariz Mənsimov da orada idi. Həmin gün bir çox tələbə özünə iş tapdı, müəllimlər tələbələrlə, həkimlərlə, bir sözlə, insanlar bir-birilə tanış oldular, həmin tanışlıqların bir çoxu bu il artıq dostluq münasibətləri ilə əvəzlənib. Lakin bu, sadəcə, iftar deyildi. Əsas məqsəd soydaşlarımızı bir araya gətirmək, onları bu müqəddəs Ramazan ayında bir-birinə daha yaxın, həmrəy etmək idi. İldən-ilə Mübariz Mənsimov buna daha çox nail olurdu. Ümumiyyətlə, Mübariz bəy hər zaman birlik və bərabərliyin tərəfdarı olub. Ramazan aylarında, Qurban bayramlarında, tələbələr ücün məzuniyyət tədbirlərinin, yarışmaların və əyləncələrin təşkili, az təminatlı insanlarla görüşlər yalnız və yalnız bir məqsədə - azərbaycanlıları bir araya toplayıb onları bir gücə çevirmək xidməti daşıyırdı. Təəssüf ki, bu dəfə belə olmadı. Koronavirus səbəbi ilə toplanmağımız mümkün olmadı. Amma heç bir dərd Mübariz bəyə Sizi unutdurmağa qadir deyil. O, Ramazan ayında süfrənizdə “Palmali”dən sovqat olsun deyə göstəriş verdi. İstanbulda yaşayan və ya təhsil alan az təminatlı ailələrə baş cəkmək zamanı gəldi. Artıq siyahılar tutulub. Hər birinizə zəng edib dualarınızı alacayıq. Mənim tək bir duam var: hər bir Ramazan bayramını Mübariz bəy ilə bərabər qeyd etmək! Əlbəttə, Sizin dualarınızın Mübariz insanın tezliklə azadlığa çıxması ilə bağlı olmasını rica edirik. “İNSAN” adını daşıyan Mübariz üçün.."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar